Məşhur uşaq qidaları geri çağırıldı - Tərkibində zəhər var
İsveçrənin Nestle şirkəti ürəkbulanma və qusma yaradan toksinin ola biləcəyi ehtimalına görə 25 ölkədən bir neçə uşaq qidası partiyasını geri çağırıb.
Adalet.az xəbər verir ki, geri çağırma Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İrlandiya, İtaliya, Norveç, Finlandiya, Fransa və İsveçrədəki partiyaları da əhatə edib.
"Zəhər xaricdən gətirilən xammalda (bitki yağları) aşkar edilib. Tərkibində toksin sereulid yüksək olan məhsulun qəbulu zamanı simptomlar istehlakdan sonra 6 saat ərzində baş verən qusma və ya ishal ola bilər. Bu əlamətlər qida zəhərlənməsinə, həmçinin inək südü zülallarına qarşı allergiyaya bənzəyir", - deyə şirkətin açıqlamasında bildirilir.
Qərar NAN 1 OPTIPRO, NAN 2 OPTIPRO, NAN Supreme, NAN EXPERPRO, "NAN laktozasız", PreNAN, "NestogenComfort" və "Alfare Amino" ticarət nişanları olan və istehsal tarixi 15 aprel - 22 noyabr tarixləri olan körpə sümullarına şamil edilir.
Digər Xəbərlər
02 Aprel 2026 11:05
Arıqlamanın gizli formulu ortaya çıxdı
02 Aprel 2026 08:21
TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir
01 Aprel 2026 13:51
Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR
01 Aprel 2026 10:14


Bakı -°C

