Qızıl qala meşəliyində yanğın oldu - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qızıl qala meşəliyi adlanan mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı yaşayış evləri və kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 3 ha sahədə əsasən xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanıb. Yaşayış evləri, kommunikasiya xəttləri və meşə zolağı yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra orqanı iştirak edib.
Digər Xəbərlər
10 Dekabr 2025 10:12
Sərxoşluq səbəbindən 7 yol qəzası baş verib
10 Dekabr 2025 10:08
Bakının mərkəzində eyvan uçdu - Xəsarət alan var - VİDEO
10 Dekabr 2025 09:40
Gəncə məktəbliləri dönərdən zəhərləndi
10 Dekabr 2025 09:15
Azərbaycanda direktor müavini vəfat etdi
09 Dekabr 2025 21:43
Azərbaycanlı dənizçi Albaniyada faciəvi şəkildə həlak oldu
09 Dekabr 2025 18:57
Müğənninin qəza törətməsinin səbəbi açıqlandı - Hadisə yerindən VİDEO
09 Dekabr 2025 16:52
Azərbaycanda vəkil vəfat etdi
09 Dekabr 2025 15:09


Bakı -°C

