Qızılcaya yoluxan şagirdlər imtahan verə biləcəkmi?
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Zonalar üzrə təşkil edilən imtahan ölkənin bir neçə bölgəsi və paytaxtın bəzi rayonlarını əhatə edib.
Adalet.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, bir nəfərdə yoluxucu xəstəlik - suçiçəyi müşahidə edildiyi üçün imtahana buraxılmayıb. Bu rəyi imtahan binasında olan təcili tibbi yardım briqadasının həkimi verib.
Bəs həmin şagirddən yenidən imtahan götürülməsi təmin olunacaq?
Məsələ ilə bağlı Bizim.media-ya açıqlama verən DİM-in mətbuat katibi Xanlar Xanlarzadə deyib ki, şagirdlər imtahanda üzrlü səbəbdən iştirak edə bilmədiklərini quruma bildirməlidirlər:
“Bir qayda olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirakçıların sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu və infeksion xəstəliyi olanlar imtahan binasına buraxılmırlar. Buraxılış imtahanları zonalar üzrə müxtəlif günlərdə təşkil olunur. Bundan əlavə, başqa bir tarixdə əvvəlki illərin məzunları da eyni məzmunlu imtahan verirlər.
Həmçinin mərkəz tərəfindən yekun attestasiya ilə bağlı sentyabr ayında əlavə bir imtahan da keçirilir.
Göründüyü kimi, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün DİM tərəfindən kifayət qədər imkan yaradılır. Ancaq üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər təsdiqedici sənədlərlə birlikdə imtahandan dərhal sonra, 1-2 gün ərzində DİM-ə müraciət etməlidirlər”.
Digər Xəbərlər
06 Oktyabr 2026 20:11
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
06 Oktyabr 2026 17:30
DİM sədri ali məktəblərdə boş qalmasının səbəbini açıqlandı
06 Oktyabr 2026 16:09
Onlar dövlət hesabına TƏHSİL ALACAQ
06 Oktyabr 2026 12:45
“Rəqəmsal məktəb” platforması daha 194 məktəbdə tətbiq olunacaq
05 Oktyabr 2026 17:09
ETİHİ Respublika Komitəsi müəllimlərin peşə bayramı münasibətilə rayon və şəhərlərdə tədbirlər keçirib
05 Oktyabr 2026 16:22
Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar
05 Oktyabr 2026 11:49
"Süni intellektdən istifadə edən və etməyən müəllimin arasında fərq yarana bilər" - Nazir
05 Oktyabr 2026 11:43


Bakı -°C

