adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Iyun 2020 10:00
92533
MÜSAHİBƏ

Qorxsam da, geri çəkilmədim - MÜSAHİBƏ

"Kənd müəllimi”nin növbəti qonağı Şamaxı rayonuÇağan kənd ümumi orta məktəbinin ədəbiyyat müəllimi Zamilə Rəhimovadır.

- Şamaxıya necə gedibçıxmağınızdan danışardınız.

- 2018-ci ildə Bakı SlavyanUniversitetinin filologiya fakultəsini bitirmişəm. Müəllimlərin işə qəbulu imtahanındaiştirak edib 60 maksimum baldan 52 bal toplayaraq Şamaxı rayonu Çağan kəndümumi orta məktəbinə qəbul olundum. Buna bir təsadüf də deyə bilərik. Bəlkə də,rast gəldiyim ən gözəl təsadüfdür. Universiteti bitirərkən heç düşünməzdim ki,bir neçə ay sonra tanımadığım bir ucqar kənddə müəllim işləyəcəm.

Qaldığım evin sevimliqızı, şagirdlərimin sevimli müəllimi oldum.

- Adətən kirayəqalmaq oğlanlarçün çətin olur. Məişət qayğıları və.s Ən azından xanımlar bubaxımdan özünə daha çox əmin olur. Kənd yerlərinin də özünə uyğun çətinliklərivar. Bu bir xanım olan kənd müəllimini qorxutmur? Bunların öhdəsindən necə gəlirsiniz?

- Mən Şamaxıdan olsam da, işlədiyim kəndin təkcəadını eşitmişdim. Qəbul olunduğum gün internetdə həmin kəndi araşdırdım. Kəndininfrastrukturunun bərbad olduğunu görüb bir az qorxsam da, geri çəkilmədim. İlkdəfə kəndə getdikdə yolu görüb qayıda bilməyəcəyimi düşündüm. Yenə də geri dönmədim.Getdim və bir nənə və babanın evində qalmağa qərar verdim. Meşənin içində yerləşənbalaca bir kənddə qaz xəttinin olmadığı üçün ilk işlərimdən biri qış üçünistilik tədarükünün görülməsi oldu. Odun sobası yandırmağı, bu sobada yeməkbişirməyi və digər bilmədiyim bacarıqlara yiyələndim. Ən böyük çətinlik isəinternet şəbəkəsinin olmaması idi. Şəbəkə yalnız həyətdə, bir də evdə isə pəncərəninyanında olardı. Yayda bu çətin olmasa da, qışın soyuğunda şəbəkə arxasıncaqaçmaq dözülməz idi, amma dözdüm. Bu çətinliyi fürsətə çevirib çoxdandı oxuyabilmədiyim kitabları oxudum. Bütün bu çətinliklərə baxmayaraq qaldığım evdə birailə istiliyi gördüm. Qısa zamanda qaldığım evin sevimli qızı, şagirdləriminsevimli müəllimi oldum.


- Vaxtilə özüm də kəndyerində işlədiyimdən insanlarda qəribə bir heyranlıq hiss etmişdim. Şəhərdən kəndəgedib işləyəndə bunu romantik, adrenailin dolu həyat kimi xarakterizə edirlər.Yəni filmlərdəki kimi asan və romantikdir kənd həyatı?

- Bəli, məndə də bu həvəs orta məktəb vaxt izlədiyimfilmlər olmuşdu. Amma bu həyatı yaşamaq istəyim universitet illərindəÇ.Aytmatovun "ilk müəllim” əsərini oxuduqdan sonra qətiləşdi. Amma bu həyat heçdə baxdığımız filmlər, oxuduğumuz əsərlər qədər rahat deyil. İndi həmin günləri yada salan zaman birfilmlik həyat yaşadığımı görürəm. Bütün çətinlikləri ilə unudulmaz bir ilyaşadım. Tanıdığım bir neçə müəllimə də motivasiya verib kəndə müəllim kimiyollanmaqlarına səbəb oldum.

- Bildiyim qədər bu kəndhəyatı ilk deyil. Bundan öncə də ayrı kənddə idiniz. Ailəniz kənd-kənd müəllimliketməyinizə etiraz etmir?


- Hal-hazırda iki kənd məktəbinin müəllimiyəm.Universiteti yenicə bitirmiş gənc bir xanımın tanımadığı bir kəndə yollanması təbiiki, valideynlərdə bir qədər haqlı narazılığa səbəb olur. Amma seçdiyim bütün qərarlarındoğruluğuna onlarda inam yaratmışam. Bu qərarımı da valideynlərim dəstəklədilər.Amma öncə yaşadığım kənd və qalacağım evin sahibləri ilə tanış olub daha darahatladılar, düzgün seçim olduğuna əmin oldular.

- Başınızamaraqlı əhvalatlar gəlməmiş olmaz.

-Maraqlı əhvalatlar çox olub. Kənddə qaldığım vaxtzəlzələnin baş verməsini indi də danışan zaman yaşayan kimi oluram. Soyuqfevral gecəsində baş verən zəlzələ zamanı çox qorxu keçirmişdim. Köhnə evolduğuna görə zəlzələ vaxtı qəfil pəncərlər açıldı, şüşələr şaqqıllayırdı, nəsirr idisə qapı da açılmırdı. Bu qış hadisəsi idi, biri də yaz hadisəsi oldu.Yazda isə sel olmuşdu. Həmin gün evdə tək idim, güclü yağış yağdı. Nənə və babarayona bazarlığa getmişdi. Evi, toyuq-cücəni mənə əmanət etmişdilər və güclüyağış hər tərəfi yuyub apardı. Zirzəmi su ilə dolmuşdu, seldən sonra ev sahiblərigədilər və onların gəlişi ilə gün də çıxdı.


- Həm də təhsilmenecerisiniz. Bu işinizlə hansı problemləri həll edir və ya təhsilə hansıbaxımdan fayda verə bilirsiniz?

-Bəli, pedaqoji fəaliyyətimin birinci ilinibitirdiyim zaman Təhsil Nazirliyinin elan etdiyi "Təhsil menecerlərinin peşəkarinkişafı” layihəsinə müraciət etdim. Müsabiqə və müsahibə mərhələsində uğurqazanaraq Şamaxı rayonu üzrə təhsil meneceri təyin olundum. Təhsil meneceriolaraq rayonun təhsilinin inkişaf etməsi üçün nəticəsi zəif olan ümumtəhsil müəssisələrininmüəllim, şagird, valideyn kontingentini birgə düzgün fəaliyyətə cəlb etməyəçalışdım. Təhsil Nazirliyinin verdiyi digər tapşırıqları yerlərdə düzgün vəvaxtında həyata keçirməyə çalışıram. Rayon təhsilinin inkişafı üçün bir təhsilmeneceri və müəllim olaraq çalışıram. Bu il isə gənc müəllim olaraq yazdığım "Gəncmüəllimlərin peşəkar inkişafı” layihəsi ilə "Təhsildə inkişaf və innivasiyalarüzrə lV qrant müsabiqəsi”nin qalibi oldum. Bu layihə ilə rayonda güclü gənc müəllimkomandasının formalaşacağına, gənclərin müəllimlik peşəsinə marağın artmasına vəgənc müəllimlərin təhsilin inkişafına töhfə verə biləcək bacarıqlara yiyələnəcəyinəinanıram.

- Iki işi, həm də həriksi təhsillə bağlı olduğundan hər iksini bir əldə tutmaq... Çətin deyil?

- Bunu bir əldə iki qarpız tutmaq adlandırmaram. Çünkihər iki vəzifə bir məqsəd-təhsilin inkişafı üçündür. Düzgün vaxt bölgüsü edərəkheç bir işdə boşluğun yaranmasına imkan yaratmıram.


- Korona günlərində təhsil.Virtual təhsillə məşğul oldunuz? Hansı problemlər çıxdı, hansı üstünlükləri.

- Pandemiya dövründə Təhsil Nazirliyinin yaratdığıimkanlardan özüm və şagirdlərim faydalanmağa çalışdıq. Müəllimi olduğum Çağan kəndümumi orta məktəbinin şagirdlərinin internetə çıxışında müəyyən məhdudiyyətlərolduğuna görə onlara teledərslərdən faydanmağı tövsiyə etdim. Əngəxaran kəndtam orta məktəbində isə şagirdərin internetə çıxışı olduğu üçün teledərslərləyanaşı virtual məktəbdə dərslərimizi davam etdirdik. Eyni zamanda təhsilmeneceri olaraq müəllim və şagirdlərin virtual məktəb platformasındanqeydiyyatına, istifadəsinə yaxından kömək oldum.

- Şagirdləriniz deyəsənsizi çox sevir. Tez-tez onlarla şəkillərinizi görürəm.

- Bəli, mən də onları çox sevirəm. Tədris etdiyim dərslərininteraktivliyi şagirdlərdə böyük sevgi və maraq yaradır.

Kənd uşaqlarındamilli dəyərlərimizə bağlılıq yüksəkdir

- Kənd şagirdləri iləşəhər şagirdləri fərqlənirmi? Hər hansı davranış, təhsilə maraq və.s görə.



- Kənd və şəhərə bölmək istəməzdim, amma şəxsiyyətininkişafında mühit amilinin təsiri böyükdür. Kənd mühitində böyüyən uşaqlarda dəyərlərimizəbağlılığın yüksək olduğunun şahidi olmuşam. Şəhər şagirdləri ilə də işləmişəm,lakin onlarda bu bağlılıq bu qədər deyil.

- Adətən kənd yerlərindəqız uşaqlarının təhsildən yayındırıldığını görürük. Bu kimi hadisələrlə üzləşmisinizmi?

-Mən işlədiyim kənlərdə qız övladlarının təhsildənyayınması, erkən nikaha cəlb edilməsi halları baş verməyib. Əksinəqızların təhsilə marağı daha yüksəkdir.

Söhbətləşdi:Emin Piri