adalet.az header logo
  • Bakı -°C
16 Noyabr 2017 16:00
35312
MARAQLI
A- A+

Qorxu filmləri izlədiyimiz zaman bədənimizdə nələr baş verir?













Qan, gərginlik, metafikiz hadisələr, qatillər və daha nələr nələr... Qorxu filmi izləmək bir yandan xoş, digər yandan həyəcan hissi yaradan bir vəziyyətdir. Bəs yaxşı qorxu filmi izləyərlərkən vücudumuzda nələr olduğunu bilirsinizmi?


Qorxu filmi izlərkən davamlı qorxu və gərginlik halında olmağın bədənə olan təsirləri araşdırıldı.


Araşdırmalara əsasən qorxu filmi izlədiyimiz zamanı bədəndəki qan axışı sürətlənir, ürəyə daha çox qan vurulur, beləcə bədəndə adrenalin artır. Qısa davamlı stress anlarında, yəni qorxu filmi izlərkən qorxduğumuz anlarda artan bu ani adrenalin səviyyəsi iştahı kəsir, əsas metabolik prosesləri artırır. Qısacası bədənimizdə inkişaf edən bu bütün hadisələr əsnasında ciddi kalori itirilməsi reallaşır.


20-26 yaş aralığında 32 sağlam fərd üzərində aparılan təcrübələr göstərir ki, "Texas Katliamı” filmindən sonra insanların bədəninə daxil olan mikroblar ağ qan hüceyrələri tərəfindən hücuma məruz qalıblar.

Qorxu filmini izləyən adamın vücudunun müdafiə vəziyyətində olduğu ifadə edildi.



Digər tərəfdən, ən məşhur qorxu filmlərindən biri olan "The Shining” izləyərkən yandıracağamız kalori sayı tam 184-dür. İşin maraqlı yanı bu qədər kalori yandırmaq üçün edilməsi lazım olan vaxt normalda 30 dəqiqəlik bir müddətdir. Bu araşdırmayla da, doxsan dəqiqə boyunca oturduğunuz yerdə film izləyərək kalori yandırmağımızın mümkün olduğu sübut edildi.


"Dənizin dişləri” filmini izləyən adamlar isə 161 kalori yandırdı. Əlbəttə zəifləmək üçün təsirli olmasa da qorxu filmlərinin müdafiə halındakı vücuda kalori yandırdığı ortaya çıxdı.

Qorxacağımızı bilə-bilə qorxu filmlərini izləyirik. Elm düşünür ki, bunun səbəbi beynin ssenariləri sınaqdan keçirmə istəyidir.


Müasir həyatımızda ilan və iri hörümçək görmək ehtimalımız çox azdır, lakin bu canlılar vaxtilə insanların ən böyük düşmənləri idilər. Hələ də bir çox insan bu canlıları heç görmədiyi halda belə qorxur. Bugün avtomobil qəzalarından ölən insan sayı çox olsa da maşınlardan qorxmaq əvəzinə ilanlardan daha çox qorxuruq. Bunun səbəbi, təkamülün tam olaraq tamamlanmamasındadır. Bəlkə də 5000 il sonra bəşəriyyət ilanlardan qorxmayacaq!

Digər bir araşdırmaya görə isə, qorxu filmi seyr etdikdən sonra qorxularının da dəyişdiyi müəyyən edildi.


Kiçik yaşda qorxu filmi izləmənin ciddi problemlərə səbəb ola biləcəyi də edilən bir araşdırmayla təsbit edildi.

Qorxu filmləri haqqında mütəxəssislər isə beyə deyirlər: Əgər yaşınız və sağlamlığınızla bağlı bir probleminiz yoxdursa, qorxu filmlərini izləmək zərərli deyil.