Qrossi: İranın nüvə silahı hazırladığına dair sübut yoxdur

Tehranın nüvə silahı hazırladığı ilə bağlı agentliyin sübutu yoxdur.
Adalet.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Davos-2025-in kuluarında müsahibəsində bildirib.
O vurğulayıb ki, İran silah hazırlamağa çox yaxındır və bunun üçün böyük miqdarda zənginləşdirilmiş urana malikdir.
AEBA-nın baş direktorunun sözlərinə görə, islam respublikasının nüvə proqramına BMT yetərincə nəzarət həyata keçirə bilmir: “İran 60 faizədək zənginləşdirilmiş 200 kiloqrama yaxın uran toplayıb. Nüvə silahı üçün 90 faiz zənginləşdirilmiş uran lazımdır”.
Qrossi etraf edib ki, BMT keçmişdə bəzi mühüm məqamların tam aydınlaşdırılmasında, ola bilsin, İranla tam əməkdaşlıq etməyib. Onun sözlərinə əsasən, Donald Trampın ABŞ prezidenti kimi and içməsi ilə işlərin yenidən irəliləyəcəyi istiqamətində gözləntilər var.
Digər Xəbərlər
27 Oktyabr 2025 18:00 “Sülh müqaviləsinin dəqiq tarixi və yeri məlum deyil”
27 Oktyabr 2025 15:57 “Türkiyə ərazisində azsaylı terrorçuların geri çəkilməsinin əhəmiyyəti var”
27 Oktyabr 2025 15:14 İranı bir də belə GÖRÜN - VİDEO
27 Oktyabr 2025 14:13 

Bakı -°C 










