Qubada istirahət mərkəzinin rəhbərliyi süni gölü hasara aldı - ŞİKAYƏT + VİDEO
Quba rayonunun İkinci Nügədi kəndi ərazisində yerləşən Çənlibel gölünün ətrafı hasarlanıb.
Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Ərazidən video paylaşan vətəndaş bildirib ki, bu süni gölün ətrafı 3 il əvvələ qədər açıq olub:
“Çox gözəl mənzərəsi olan yerdir. Düz meşənin içində yerləşir. Bura rahat gəlib piknik edirdik. İndi isə istirahət mərkəzinin təhlükəsizlik xidmətinin əməkdaşları buranı bağlayıblar. İnsanlara icazə verilmir ki, bura gəlib istirahət etsinlər. Əvvəllər belə deyildi. Hər kəs sərbəst şəkildə dincəlirdi. Mənə elə gəlir ki, bu, qanunsuzdur. Heç vaxt buna icazə verilə bilməz”.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən İkinci Nügədi kəndinin bələdiyyə sədri Alim Mütəllimov bildirib ki, Çənlibel gölünün ərazisi istirahət mərkəzinin rəhbərliyi tərəfindən icarəyə götürülüb:
“Düzdür, əvvəllər ora dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdı. Hazırda isə bu istirahət mərkəzi ərazini icarəyə alıb və bununla əlaqədar yanlarını hasarlayıb. Buna səbəb əraziyə kənar şəxslərin daxil olmaması və göldə batma hallarının qarşısının alınmasıdır. Çünki bir neçə il əvvəl yay aylarında buradan çimərlik adı ilə istifadə edən üç nəfər təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün batıb. Artıq təxminən 4-5 ildir ki, gölün ətrafı hasarlanıb”.
Digər Xəbərlər
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27
Dövlət Komitəsi Zabuxdan videçarx yayımlayıb - VİDEO
02 Aprel 2026 12:05
Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - VİDEO
02 Aprel 2026 11:58
Kəlbəcər şəhərinə növbəti KÖÇ - FOTOLAR
01 Aprel 2026 19:40
Nəsimi rayonundakı tikinti ilə bağlı iddialara Komitədən CAVAB
31 Mart 2026 17:40


Bakı -°C

