29 Iyul 2024 17:08
180
SİYASƏT

Qüdrət Həsənquliyevin namizədliyi qeydə alındı

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyevin deputatlığa namizədliyi qeydə alınıb.

Adalet.az xəbər verir ki, bu barədə partiyanın baş katibi Yaşar Kələntərli məlumat verib.

Onun sözlərinə görə, partiya sədrinin müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlının, partiyanın gənclərlə iş şöbəsinin müdiri Günel Məmmədovanın da namizədliyi qeydə alınıb. 

Qüdrət Həsənquliyevin namizədliyi 36 saylı Xətai-Suraxanı, Elçin Mirzəbəylinin 90 saylı Ağsu, Niyaməddin Orduxanlının 50 saylı Abşeron 3-cü, Günel Məmmədovanın isə 109 saylı Qazax seçki dairəsindən irəli sürülüb.

Məlumata görə, digər namizədlərin imzatoplama kampaniyası yekunlaşmaq üzrədir.