Qumruların sevgi nağılı - Adilə Səfərova yazır
E S S E
İş otağında burkü cövlan etsə də , bayırda Gilavar əsir. Ara-sıra artan coşqusuyla açıq pəncərədən içəri dolub xəfif sərinlik gətirir. Bu xoş sərinlik təkcə otaq havasına deyil, üzə, vücuda yansıyir, qəlbdə duyğuya, düsuncəyə də sirayət edir sanki. Könüldə ilıq hisslər oyadıb xoş ovqat yaradır.
Otağa qəlb oxşayan rayihə gətirən Gilavarı daha yaxından duymaq üçün ayağa qalxıb pəncərəyə yaxınlaşıram. Pəncərə önundə təbiətin əsrarəngizliyinə -Payız nəfəsinin yaşıl yarpaqlarına qizılı xal salmıs ağaclara boylanıram. Diqqətimi budaqların titrəyişi, bir- birinə çırpınışı, sığal çəkirmiş kimi toxunuşu çəkir. Elə bil, kövrək budaqlar , üzərlərində sıralanan xallı yarpaqlar da, məst olub meh nəvazişindən. Onlar da bu oxşamadan, tumarlanmadan, sanki nazlanir, sevinclə titrəşib şənlənir, rəqs edirmiş kimi bir- biriylə qucaqlaşıb ayrılir və yenidən təkrarlayırlar bu oyunlarını.Yarpaqların bir- birinə toxunuşundan yaranan xışıltı səslərini dinləyirəm.Bu səs də həzin, kövrək nəğmə kimi hissə, duyğuya sirayət edib, üzdə təbəssüm yaradır.Və ixtiyarsiz icimdə kəpənək səssizliyi qədər sükutla dodaqlarımda pıçıltı qopur:
-- Qüdrətinə şükür,İlahi! Ana təbiətdə yaratdıgın bu ecazkar mənzərə ən sərt ürəkləri yumşaldar, kövrəldər, ruha qüvvət, duygulara təravət, insanlıga örnək, fikrlərə cəsarət gətirər.
Elə bu duygusal, isıqlı düşuncələr selində baxışlarım yaxın məsafədə olan tut agacının budağı "gizlin"ində cikkildəşən bir cüt Qumru quşuna yönəlir.Görduyüm mənzərə önündə dönüb qalıram.Yenicə pərvazlandıqları hiss olunan bu qumruların davranıslarından, bir- birinə mehr- məhəbbətlərindən kövrəlirəm və düşünürəm ki, gilavarın həzin mehi deyəsən, onlari da duygulandırib; qumrular gah bir-birinə sığınır, gah uslubca dimdikləşir, gah ğöz- ğözə gəlib baxışır, sonra başlarıni, boyunlarını bir birinə sürtüb sığallaşır, gah da biri digərinin qabaran sinəsinə baş qoyub qəlb çırpıntıların dinləyir kimi susurlar. Və qəfil budaqdan -budağa uçuşub yarpaqlar arasında gızlin oyunlarıni təkrarlayıb xoşbəxtcəsinə qığıldaşırlar...
İçimdə yenə dillənirəm: -- İlahi, nə qəribə, nə ezazkar mənzərədir bu. ? Görəsən quş dilində nələr danışir onlar.? Yoxsa, körpə qəlblərinə yenicəmi düşüb sevgi atəşi!?.Bəlkə , bu quşlarin da qibtə ediləcək, dillərdə dolaşan əfsanəvi qumru məhəbbəti nagılları elə bu anlardan başlayır.?Bəlkə ,onlar quş dilində əhd bağlayıb, peyman edir, bir ömür boyu eşqlərinə sədaqətli olacaqlarına and içirlər ! Bəlkə, onların sevgi nağıllarınin başlanğıcına mən də şahidlik edirəm.Bəlkə də...
Qumruları məhəbbət şahidi olmağıma sevinir və onların bir- birinə mehri, qeyri- adi bədən dilləriylə nəvazişləri, səmimi unsiyyətləri, vüsal sevincləri önündə duyğülanıb kovrəlirəm. Və inanıram ki,onların da sevgi nağılları əcdadlarınınkı kimi əbədi və sonsuz olacaq.Çunki, Uca Yaradan Qumruları canlılara, o cümlədən, insanlara örnək timsalı olaraq Vəfa ,Sədaqət rəmzi, SEVGİ simvolu kimi yaradıb. Qumru qusları bir ömur boyu birgə yaşayır, bir an da ayrı qalmırlar.Qosa uçub, qoşa dolasırlar. Ucaliqlarda, əlcatmazlıqlarda yurd salib yuva qururlar.Yaşam qayğilarina, zaman gərdışlərinə birlikdə sinə gərib, qısin ayazına, şaxtasına,yayın bürküsünə, tufanlarin sərtliyinə, yağışların nəmliyinə bir- birinə sığınaraq dözurlər. Hətta nəsil artımı dönəmində də belə zəhmətə bərabər qatlaşirlar. Yavrularınin qayğısını birgə çəkir,onların pərvazlanib özlərini yaşatmaq gücünə çatınca qoruyurlar. Ayrılıqsa onlar üçün intihar məqamı olur. Biri hər hansı səbəbdən yaşamını itirsə, ömür yoldaşı bu həsrətə tab etmir, hicran əzabına dözməyib xiffətdən ölür...
Bax, beləcə... bu kövrək düşüncələr isıgında baxişlarımı qumrulardan ayırıb, asağı-- yaşıl ağaclar əhatəsində, gul- çicəyə bulənd olan parka baxıram. Bəlkə Gilavarın yaratdığı sərinlik səbəbindən park bir az qələbəlik görünür.Qol- qola gəzişən,oturacaqlarda bir -birinə siğınan gənc cütlüklərə, orta yaslı, qocalıq cağinin ləngərliyini yaşayan qadınlara,kişilərə baxıram. Onlari qumrularla müqayisə edirəm. Və fikirləşirəm ki, kaş qumrularin məhəbbət nagılını bütün insanlar yarada bilə. Adamlar da sevgilərində Qumrular kimi Vəfalı, Sədaqətli ola. Onda nə kirpiyinə od götürub ataliykən atasız uşaq boyüdən ana, nə də tərk edilmiş kişi olmaz dünyamızda. KAŞ!!!