"Distant təhsil real təhsili tam əvəz edə bilmir" - Nazir
Azərbaycanın təhsil sistemi distant təhsildən həm müsbət, həm də mənfi mənada çox şey öyrəndi.
Adalet.az-ın məlumatına görə, bunu UNEC İqtisadi Forumunda "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, pandemiya dövrü təhsil və elm sahəsində hansı boşluqların olduğunu biruzə verib.
"Çünki bu cür böhranlı vəziyyətdə boşluqlar, ciddi çatışmazlıqlar üzə çıxa bilir. Azərbaycanda tədris bu il bir az gec başlasa da, davamlılığı təmin edə bilirik. Bundan sonra da veriləcək qərarda həmin təhlillərin təsiri olacaq. Təhsilin qarşısında xeyli məqsədlər var, bunlar klassik məqsədlərdir - əlçatanlılığı, davamlılığı təmin etmək, müxtəlif sosial və iqtisadi vəziyyəti olan insanlara bərabər təhsil imkanının yaradılması"-deyə nazir qeyd edib.
O bildirib ki, distant təhsil bəzən əlçatanlılığı irəli aparan alət olur.
"Distant təhsillə həqiqətən biliklərin bir qismini öyrətmək olur, amma bu, real təhsili tam əvəz edə bilmir. Distant təhsil həm texniki, həm də öyrənmə tərəfi ilə tam öyrənməni təmin edə bilmir. Bu təhsilin təsirindən danışmaq hələ tezdir, amma məqsəd daha çox insanı ekran qarşısında oturtmaq yox, onların öyrənməsini təmin etməkdir. Keyfiyyətə nəzarət mexanizmləri olmalıdır, bu olmasa distant təhsil haqqında danışmaq yarımçıqdır. Post-pandemiya dövründə distant təhsil və ya hibrid təhsili artırmaq təcrübəsi qalmalıdır, amma qətiyyən keyfiyyəti itirməməliyik. Ən vacib məsələlərdən biri ayrı-ayrı sosial-iqtisadi qurumların öyrənmə prosesinin monitorinqidir. İlkin fərziyyə budur ki, pandemiya böyük şəhərlərdə, iqtisadi sosial vəziyyəti yaxşı olan ailələrə daha az, resurslara çıxışı daha az olanlara isə daha çox təsir edir. Pandemiya Bakının mərkəzində yaşayan şagirdlə ucqar kənddə olan şagirdə eyni cür təsir etməyib”, - E.Əmrullayev deyib.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12


Bakı -°C

