09 Mart 2021 16:41
24744
DÜNYA

"SOYUQ "MÜHARİBƏ" DAVAM EDİR

Çinin xarici işlər naziri Van İ bəyan edib ki, Çin və Rusiya çiyin -çiyinə, yan-yana qarşılıqlı hərəkər edədərək həm koronavirus infeksiyasına, həm də siyasi virusa qarşı birgə mübarizə aparırlar. O, yayılan  pamdemiya fonunda   "siyasi virus" məsələsinə aydınlıq gətirməsədə, nələrin nəzərdə tutulduğunu anlamaq o qədər də çətin deyil. Pekində keçirdiyi mətbuat konfransında Van İ Rusiya - Çin münasibətlərinin genişləndirilməsinin vacibliyini vurğulamaqla yanaşı, amerikalılara düşünməyi tövsiyə edib. 
 

"Aryıq uzun illərdi ABŞ daima həyasızcasına ddemokratiya və insan hüquqları bəhanəsilə digər dövlətlərin daxili işlərinə müdaxilə edir. Bu da dünyada çoxlu problemlər yaradır, bir çox hallarda bu ölkələrdə qarışıqlıq və münaqişələrə səbəb olur. Birləşmiş Ştatların bununla bağlı tezliklə düşünmələri çox vacibdir".
   

Çinin xarici işlər naxirinin bu sözləri ritorik xarakter daşısada, aydındır ki, Pekin pandemiya dövrü bitdikdən sonra, amerikan siyasətində hansısa dəyişikliklərin aparılacağına ümid etmir. Əksinə Çinə və Rusiyaya təzyiqlərin artacağını bilir. "Sitasi virus" çətin komponentlidir,  o, koronovirusun Çindən yayılması ətrafında aparılan alverin, vaksin bazarında yaranan rəqabətin bir hissəsi olmaqla amerikan xarici siyasətinin strategiyasıdır. Bu,xarici dövlətlərin daxili işlərinə qarışmaqla rəqiblərinə ABŞ qlobal hökmüranlığını nümayiş etdirməkdir. ABŞ-ın siyasətində formalar dəyişə bilər, lakin qlobalist düşüncəli amerikan elitasının ümumi siyasi baxışlarında hər hansı dəyişikliklərin baş verə biləcəyi inandırıcı deyil. Əlalxüsus da daxildən dağıtmaq istədiyi Çin və Rusiya kimi dövlətlərə qarşı siyasətin dəyişəcəyini gözləmək mənasızdır" - deyə Van İ bildirib.
 

Həm Pekində, həm də Moskvada bunu yaxşı başa düşürlər. "Ona görə də, biz birgə mübarizə aparacaq və öz suverenliyimizi, siyasi stabilliyimizi qoruyacağıq".  ABŞ -ın, "Rusiya Avropa üçün təhlükə yaradır, Çin Asiyaya və dünyayaya təhlükə yaradır" kimi feyk məlumatlar Rusiya və Çini öz sərhədləri çərçivədində saxlamağa, özlərinin isə dünyaya ağalıq etmək iddialarına xidmət edir. Vaşinqton nəinki bu niyyətlərini heç gizlətmir, əksinə açıqdan-açığa nümayiş etdirməkdən belə çəkinmir.
 

Bu günlərdə Bayden administrasiyası  " Milli təhlükəsizlik məsələlərilə bağlı müvəqqəti strateji" sənəd qəbull etdi. Dövlət katibi Entoni Blinkenin  "21-ci əsrdə ABŞ -ın nəhəng qeosiyasi sınağı" kimi şəhr etdiyi sənədə, bir başa "Çinə qarşı güc tədbiq etmək"də yer alır. Söhbət burda təkcə Çindəndə getmir, sadəcə son vaxtlar əllərindən çıxmaqda olan dünyanı əllərində saxlamaq niyyətləridir.
 

"Xoşumuza gəlsədə, gəlməsədə, dünya özbaşına idarə olunmur. ABŞ geri çəkilsə, ya kimsə bizim yerimizə gələcək, ya da heç kimin gəlmədiyi xaosun, təhlükənin yaraşandığı bir  dünyada yaşayacağıq. Bu variantların heç biri ABŞ -a sərf etmir" - deyə Blinkin bəyan edib.

Ruscadan tərcümə:
Rüstəm Hacıyev