"Türkiyə Ağdamın dirçəldilməsində Azərbaycanın ən böyük dəstəkçisidir" - Mustafa Tuzcu

Türkiyə dövləti torpaqlarının işğaldan azad edilməsi prosesində Azərbaycana əlindən gələn dəstəyi göstərdi. Hazırda da bu ərazilərin dirçəldilməsində ən böyük dəstəkçi Türkiyədir.
Bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyətinin Ağdama səfəri zamanı Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu Trend-in Qarabağ bürosuna açıqlamasında bildirib.
O qeyd edib ki, 30 ildən sonra işğaldan azad edilən Ağdamda olmaq çox qürurvericidir: “Bizim şirkətlərimizn Ağdamın bərpasına verəcəkləri töhfə yalnız ticari fəaliyyət deyil, həm də öhdəlikdir. Dövlətimiz, millətimiz buranın əvvəlki günlərinə qayıtmasına dəstək olacaq. 1992-ci ildən bu yana burada həyatını itirən bütün azərbaycanlı qardaşlarımızı yad edirik. Ümid edirik ki, bura yenidən adı kimi Ağdam - “Ağ ev” olar və dünyaya bu formada elan edilər.”
Qeyd edək ki, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdama səfər edib. Səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksi, Ağdam Dram Teatrının binasının qalıqları, Ağdam Cümə məscidi, Qiyaslı məscidi və Şahbulaq qalası ziyarət edilib.
Digər Xəbərlər

Emin Ağalarov tənqidlərə cavab verdi: "Bakıda kazino açmağımın səbəbləri bunlardır..."

DİN-dən yenilik - Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər - VİDEO
jpg-1754046435.jpg)
Bəlkə, ermənilər nə vaxtsa "adam" oldu, Zatulin, əsla!- Əntiqə Rəşid yazır

11 il əvvəlki qanlı avqust: 13 hərbiçinin şəhid olduğu döyüş

AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

"Temu"dan Azərbaycan manatı və bayrağına qarşı hörmətsizlik - FOTOLAR
