adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Iyul 2020 11:00
88052
MÜSAHİBƏ

"Qurandakı ayə də şairlərin xeyrinə işləmir" - MÜSAHİBƏ

Həmsöhbətimiz şair Faiq Hüseynbəylidir.

-Çox zaman gileylənən görürəm səni. Sanki ədəbimühit sözünün hallandığı hər olaydan.

-Əslində, sənin gileykimi gördüyün anlam, Faiqin daxilində baş verən müharibənin təzahürüdür. Ədəbimühitdəki razılar və yaxud narazılar cərgəsində olmağa çalışmamışam. Olsa-olsa,adi bir küskünlük yarana bilər. Onun da möhürünü atalar öz sözü ilə vurublar:"Uman yerdən küsərlər”. Söz həmişə müxalif mövqedə olduğu üçün narazılıq təsiribağışlayır. Füzuli də şikayət edib, nə olsun? Salamın rüşvətə çevrildiyi məkandanarazılıq, şikayət nəyi dəyişə bilər ki? İrfan düşüncə tərzində nəinkinarazılıq, şikayət, hekayətin özü belə acizlikdi. Bu gün ədəbi mühit dediyimizortamda bütün zamanlarda xaos, qarışıqlıq baş aparıb. Yaradandan çoxyamsılayanlar olub. Nəticədə, yaddaşımıza tək-tük obraz köçüb, əbədilikqazanıb. Bu yaxınlarda sosial şəbəkədə Cəlilabad ədəbi mühiti haqqında bir yazıpaylaşılmışdı. Demək olar ki, 200-ə yaxın şairin-yazıçının adı vardı. Adıolmayanlar da rəy bölümündə "özlərini göstərirdilər”. Hətta, bir nəfər yazmışdıki, bu bir ordudur. Boya-başa çatdığım Alar kəndində əllidən çox şairin, səkkiznəfər Yazıçılar Birliyinin üzvünün olmasını bir el şairi aparıb Qazaxınaşıqlarının sayına bərabər tutmuşdu. Allah o şairə rəhmət eləsin!Kəmiyyətə vəkeyfiyyətə görə sıxılmaq lazım deyil. Haqq varsa, divan da var. Əsl narazılıqhaqqın tapdandığı yerlərdə baş qaldırır. Mən haqqımı kimsəyə tapdatmamışam.Haqqı isə vermirlər, alırlar. Sadəcə, bir narazılıq var, o da çağdaş poeziyadadorla doşaba fərq qoyulmamasıdır.

Ədəbiyyatdan ev, maşın, lüks həyat umanları gördük

-Nə istəyirsən bu ədəbiyyatdan?

-Təəssüflər olsun ki,bir çox yazıçı və şairlərin timsalında ədəbiyyatdan ev, maşın, lüks həyatumanları gördük. Yuxarılara palaz-palaz məktublar yazıb şairin-yazıçının dilənçikökündə yaşadığını obrazlaşdıranlar bu gün də olmasa, yüz ildən sonra bunun cəzasınıçəkəcəklər. Axı, niyə miskin durumdasınız? Sizi kim bu günə qoyub? Niyə heç birenerji sərf etmədən hər şeyə nail olmaq istəyirsiz? Bəyənmədiyiniz sovetdövründəki adınız-sanınız hara getdi? Niyə dilənçi obrazına girmisiniz? Hansısaqəzetdən qonorar almaq üçün əqidəsini dəyişənləri də bu siyahının qulağınayazıram. ƏGər sualın bu anlamda qoyulubsa, mən bu sualı tərsinə dəyişibcavablandırıram: Ədəbiyyat məndən nə istəyir? Ədəbiyyat məndən "mən” olmağımıistəyir. Özün ol, özünü yarat. Necə ki, Qərb ədəbiyyatı biz Şərqlilərə maraqlıgörünür, Qərb ədəbiyyatına da biz Şərqli olaraq maraqlıyıq. Şərq düşüncə tərzininkökü dərindir. Mən bunu burada daha sadalamaq istəmirəm. Şərqin minillik dərvişinidə gətirib Qərbin Don Juanının yanına qoymaq kimi bir ideyam da yoxdur. Ədəbiyyatmənim üçün gözəllikdir, sevgidir. Bizim ədəbiyyat dediyimiz sözə ruslar"literatura”, ingilislər "litriçə” deyir. Onların ifadə etdiyi ədəbiyyat təbiətanlamına gəlir. Dolayısı ilə, ədəbiyyat təbiət elmidir, yaxud da, təbiət hadisəsidir.Mən təbiətdən nə istəyə bilərəmsə, ədəbiyyatdan da onu istəyirəm: Bol Günəş,Yağış və Bahar!

-Bu yaxınlarda yeni kitabın dərc olundu. Səhv etmirəmsə,"Ulduz” jurnalının maliyyə dəstəyilə.

-Mənim tanıdığım EminPirinin səhv etməyə ixtiyarı yoxdur. Odur ki, düz təxmin etmisən. Amma, yaxşıolardı ki, maliyyə dəstəyindən daha çox, kitabın söz yükü haqqında danışaq. Bukitab mühitdə maraqla qarşılandı. Bu dəstəyə görə Qulu Ağsəsə təşəkküretmişdim, fürsətdən istifadə edib, bir də təşəkkür edirəm. Bu kitab "ulduzlu nəşrlər”layihəsi çərçivəsində işıq üzü gördü.10 gəncin kitabını "Ulduz” jurnalıhesabına jurnalın buraxılışları ilə birgə nəşr olunması haqqında elanverilmişdi. Müraciət etdik, müraciətimiz geri çevirilmədi. Kitabın adını "Sevgiheykəli” adlandırdım. Kitab "Ulduz” jurnalının 2019-cü ilin dekabr sayı iləbirgə işıq üzü gördü. Kitab haqqında dəyərli tənqidçimiz Elnarə Akimova həm "Ədəbiyyatqəzeti”ndə, həm də "Ulduz” jurnalının aprel sayında eyni mətnlə çıxış elədi.Yeri gəlmişkən, Elnarə xanıma da bir daha təşəkkür edirəm.

-Elə bil bu kitabın sükutla, pıçıltıylaqarşılanmasını istəyirsən. Bu kitaba inamın azdır ya?

-Bayaq qeyd etdiyimkimi, hələ ki, Elnarə Akimovanın yazısı liderdi. Necə deyərlər, fağır bir nümunəvar ortada, kimin xoşuna gəlmirsə, sağdan da döşəyə bilər, soldan da. Belə ürəyindənkeçirsə, götür, tənqid elə, mətnləri sök, yenidən yığ. Sükut, pıçıltı bədiixarakterimdir. Bir vaxtlar "Rezonans” qəzetində şeirlərimi təqdim edən ŞakirXanhüseyn sözünə belə xitam verir: "Faiqin nisgilli hisslərinin axarına qovuş vəehmal-ehmal pıçılda: Dolanıb, qələm, başına, Səndə bəxtimi gəzirəm”. O zaman mənim16 yaşım var idi. Bu günə kimi şeirə konkret tərif verilməyib. Şeir pıçıltıdı,şeir duadı, şeir nəğmədi, layladı, ağıdı, ayədi... Şeir hər nədisə, şair dəonun sahibidir. Hərdən deyirlər, şeir şər sözündən götürülüb, Qurandakı "şüəra”ayəsi də şairlərin xeyrinə işləmir. "Yaşananların tamını başqalarına daddırabilirsənsə, toxunmadan ağlatmağı, xatırlamağı, yaraları qanatmağı bacarırsansa,deməli şairliyin içindəsən, şair sənin içindədir...” – bu ifadə NərgizCabbarlının "İnsanlıqdan şairliyə bir addım” yazısındandır. Qeyd edim ki, buyazı mənim "Yer üzü bir beşikdir” adlı kitabıma ön söz kimi yazılsa da, ümumi mənzərədəşair kimi sənin də adın hallanır.

Şeir indiki dövrdə maddi gəlir gətirmir

-Bilal Alarlı ilə aran necədir? Atalar və oğullar."Kommunist” atalar nə istəyir bu "kapitalist” oğullardan?

-Şairlik sümükdən-qandangəlir, deyirlər. Təvazökarlıqdan uzaq olsa da, Bilal Alarlı mənim sümükdən gələnşairliyimdir. Sümükdən gələn şairlik sümük kimi sərt, dözümlü, dayanıqlı olar yəqin.Bilal müəllimlə ata-oğul münasibətindən daha çox, dost münasibəti içindəyik. Həmyaşıdlarımnə qədər özündən əvvəlki nəsilləri inkar etsə də, bunu görüntü kimi qəbul edirəm.Hər bir "kommunist” ata "kapitalist” övladın yaxşılığını istəyər və əksinə.Görüntü özü bir maskadı, gec-tez yırtılır. Ata-övlad sevgisini heç bir boya ilərəngləmək olmaz. Biz bu təzadı Rəsul Rzadan Anara, Səməd Vurğundan Vaqif, Yusifqardaşlarına keçdiyini görmədik. Qəşəm Nəcəfzadə - Kəramət Böyükçöl, SabirYusifoğlu – Emin Piri tandemində ata-oğul münasibətləri nə qədər təzadlıgörüntülərlə yadda qalsa da, nəticədə, ata – oğul sevgisini heç nə dəyişməyib.Həmyaşıdlarımla çəkişmələr zamanı atalarının onları müdafiə etdiyinin şahidiolmuşam. Ədəbi atanı əbədi ataya çevirən də övladdır. Emin Piri nə qədər inkaretsə də, işlədiyi qəzetlərdə Sabir Yusifoğlunu çap edəcək. Atanın missiyasıoğula yaşıl işıq yandırmaq, oğulun missiyası atanın adını yaşatmaqdır, istər ədəbifəaliyyəti ilə, istərsə də əməli fəaliyyəti ilə. Bu adi həyatda da belədir.Atalıq təkcə fizioloji tərəfləri ilə bitmir ki. Biz mənəvi kamillikdəndanışırıq. Sənin "kommunist” dediyin Bilal Alarlı Milli Azadlıq Hərəkatınıniştirakçısı olub, buna görə iki il məhbəs həyatı yaşayıb. Bu yaşantı onunyaradıcılığından qırmızı xətlə keçir. "Cəlilabad hadisələri” kitabı, "Zindanşeirləri” kitabı, sonrakı dövrlərdə nəşr edilən və "mən o kəslərdən yazıram ki,onlar haqqında çoxları susur” frazası ilə başlayan "Çağdaş repressiya ədəbiyyatı”heç də "kommunist” düşüncəsi deyil. Kapitala gəldikdə, şairin şeirin,yaradıcılığından başqa yatıracaq heç bir kapitalı yoxdur. Şeir isə indiki dövrdəmaddi gəlir gətirmir. Yüz ildən sonranı zaman göstərəcək. Ona görə də, zamanaehtiyacımız var.

-Ara-sıra gənc şairlər arasında adının hallandığınıgörürəm. Mən bilən, yaşın 35-i keçib, hələ lap çox da olar. Sənin tayların beynəlxalqmükafatlar alır. Bizdəsə sanki, yaşca bir az özlərindən azları "gənc şair”adıyla başının altına yastıq qoyurlar.

-Rəsmi sənədlərdə gənclik36 yaşda bitir. Düzdür. Mənim bu ilin sonunda 37 yaşım olacaq. Dünya ədəbiyyatınaçıxmaq bu gün fərdi qaydada aparılır. Hansı yolla aparılır, onu da dünyayaçıxanlar bilir. Nə məlum strukturlar, nə də rejim ədəbi gəncliyin dünyayaçıxmasına maraqlı deyillər. Əslində, yaxşı nümunələr seçilməli, tərcüməolunmalıdır. Ədəbi gənclik adına danışanların bu istiqamətdəki fəaliyyətisıfıra bərabərdir. Bizdə yaxşı ədəbiyyat kriteriyası yoxdur, "yaxşı oğlanlar”kriteriyası var və onlar xaricə çıxmaqda daha fəaldırlar. İstedaddan daha çox sədaqətəüstünlük verən ədəbi fillərə bunu sübut etmək kimi öhdəliyimiz yoxdur. 15 ilöncə yazmışdım ki, dünya ədəbiyyatının bütün zir-zibilini dilimizə tərcümə etmişik.Amma, öz klassiklərimizin, müasirlərimizin xarici dillərə çevrilməsinə biganəqalmışıq. Bu 15 ildə heç nə dəyişməyib. Köhnə hamam, köhnə tas. Fikrimcə, ildəbir gəncin kitabını xaricdə çap eləmək bu sahədə fəaliyyət göstərən "büdcə”sahib və sahibələrinə əlavə yük kimi görünməz. Gəlirəm yaşımla bağlı sualına. Səninqeyd etdiyin yaş məhfumu cismani məhfumdu. Fikrət Qoca müsahibələrinin birindədeyir ki, 80 yaşında yaradıcılığa başlayan şəxs yaradıcılıqda gənc hesabolunur. 36 yaşıma qədər səkkiz kitab müəllifi olmuşam. Vaqif Yusifli haqqımdayazdığı yazıda məni "gənclərin ən qocamanı” adlandırıb. Mənə görə 30 yaşkamilliyin astanasıdır. İndi bir məsələ də var da. Yaşım 35-i keçib deyə,oturub gözləməliyəm ki, Yazıçılar Birliyi nə vaxt 50 yaşıma təbrikünvanlayacaq? 36 yaşa qədər gənc, 50-dən sonra qoca oluruqsa, ortada qalan illəriərafa yazaq? Cənnətlə cəhənnimin arasına? Bütün yaşlar gözəldir, yaşaya bilənlərüçün.

-Şairlər dolanışıqdan gileylənir. Bakıdaoturmaqdansa, Cəlilabada gedib kartof ək, çiyələk becər. Vallah, mənim torpağımolsa, çoxdan gedərdim.

-Şairlər dolanışıqdanona görə gileylənirlər ki, şeirin bazarı yoxdur. Mən Bakıda oturmağa gəlməmişəm.Mən Bakıya əllərimi götürüb gəlmişəm. Məhz elə dolanışıq üçün. Hansı axmaq aydafilan qədər kirayə pulu verər ki, sadəcə Bakıda otursun? Beynimin çörəyini yeyəbilməsəm də, əllərim var. Məqam, pillə bir az da şans məsələsidir. Bir də, sənəkim deyibsə, Cəlilabadda torpaq var, səninlə zarafat edib. Cəlilabadda torpaq nəgəzir? Alan alıb, satan satıb. Cəlilabadda günəmuzd kiminsə kartofunu əkib, çiyələyinibecərə bilərsən ancaq.Sən elə bilirsən, monapoliya təksə şəhərdədi? Bölgələrdəsehrli həyat, firavan günlər yaşayır adamlar? Üç yüz minə yaxın əhalisi olanrayonda 30 nəfərin birgə işlədiyi bir iş yeri yoxdur rayonda. Əvvəllər Bakıya gəzməyəgələrdilər, indi əksinədi. Bakıda işləyib, rayonda gəzirsən. Kartof dediyin buil otuz qəpiyə oldu. Nə əziyyətini ödədi, nə qoyulan mayanı. Sənin nəzərdətutduğun ucsuz-bucaqsız torpaqlardan da əsər-əlamət qalmayıb. Yəqin, Cəlilabaddanxəbərin yoxdur.

Qan Turalı uşaqkən yazdığım ilk qələm təcrübələrimitənqid edib lağa qoymuşdu

-Sualımın ardı olaraq düşünürəm ki, şairin ayağıtorpaqdan üzülürsə, asfalt qoxuyursa, bunun özü istedada xəyanətdir.

-Xəyanət dediyin sözünəsadiq olmamaqdır, şair kimi yad düşüncə tərzi ilə mətni yükləməkdir.Yazdıqlarını illər sonra pozmaqdır, yandırmaqdır, cırıb tullamaqdır. Mən hərbixidmətə çağrılanda Qan Turalı uşaqkən yazdığım ilk qələm təcrübələrimi tənqidedib lağa qoymuşdu. Mən yazdığım mətnləri yazıldığı tarixlərə görə dəyərləndirilməsiniistərdim. Suala gəlincə, o qədər kənddən şəhərə gələn şairlər olub ki. HüseynArif atamı Bakıya gətirmək üçün çox çaba göstərdi. Hətta, baba yurdumuza gəlib,babama dedi ki, sən də Hüseyn, mən də Hüseyn, balıq dəryada böyüyər. Atam kəndhəyatını seçdi. Bu atamın seçimi idi. Bizim kənddəki həyətimiz söz ocağı olub.Atamın dostlarından bu mövzuda eşitdiyim çox söz-söhbətlər var. Arxası şəhərə,qabağı kəndə olanın arxası qabağından şərafətlidir, bunu da atamın dostlarındaneşitmişəm. Əslində, Bakı əvvəllər elit şəhər olub. Sonradan biznes mərkəzinədöndəriblər. Necə ki, "qazanan əl hər yerdə qazanar”, eləcə də, duyan könül həryerdə duyar, döyünən ürək hər yerdə döyünər. Məkan fərqi yoxdur. Faiq eləFaiqdir, istər Bakıda yaşasın, istər Kamçatkada yaşasın. Əsas odur ki, ürəkdöyünür. Hə, kənddə-kəsəkdə mövzu bolluğu var, təbiətə yaxınsan. Amma, mərhumiyyətözü də bir poetik stuasiyadır. Şəhərdə yaşayıb kənd havası üçün darıxmaq davar. Adaşım Faiq Balabəyli deyirdi ki, darıxmayan adam bədbəxtdir.

-Bir dəfə haqqında yazmışdılar ki, Faiq çox yazmağa– kəmiyyətə meyillidir. Halbuki, bu qədər çox yazmaqdansa, bir neçə şeirdə ofikirləri sıxmaq olar.

-Sona Vəliyevanınyazısını nəzərdə tutursan. Hər bir şeirin, mətnin yaranma səbəbi olur. Fəlsəfəelmi deyir ki, səbəbsiz nəticə olmur. Əgər nəticə varsa, mütləq bir səbəbivardır. Mətni başdan ayağa epitet ilə, metafora ilə yükləyəndə, səmimiyyət yoxolur. Bilal müəllim yazılarının birində deyir ki, mən şeirin texnikasınıbildiyim üçün yazıram, amma Faiqin şairliyi fitrətəndir. Yaradıcılığa uşaqşeirləri ilə başlamışam, gənclik illərimdə yazdığım sevgi şeirləri trafaret bəndlərolsa da, onlardan imtina etməmişəm. Yazdıqlarımı avtobioqrafiyam hesab edirəm.Hər dövr yaşantıların mətnə özünə aid təsiri var. Yazdıqlarımı yazmaq xatirinəyazmamışam, yaşantılarımı nəzmə çəkmişəm. Çox yazmaq da bir hünərdir. Bunu həradam bacarmır.

-Heca-sərbəst. Düzünü desəm, mənə oxuduğun sərbəstşeir daha orijinal idi. Kütlədən, ətrafından ehtiyat edirsən orijinal sərbəstyazmağa?

-Sərbəst şeir özdaxilində hecalanır, haçalanır. Əsas olan, ruhu sözə hopdurmaqdır.Yazdıqlarınla insanların taleyi, yaşantıları kəsişməlidir ki, seviləsən,oxunasan. İstər sərbəst olsun, istər sərməst olsun, bütün mətnlər insana,insanlığa xidmət eləməlidir. Hər bir yazının məqsədi, məramı olmalıdır. Sən özmətninlə sabahlara hansı ismarıcı ötürürsən? Niyə yazırsan? Səni yazmağa vadaredən nədir? Bu yazılarla hansı boşluğu doldurursan? Məncə, hər bir yazı adamıbu suallar qarşısında əlinə qələm almalıdır.

Söhbətləşdi: EminPiri