Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrı - 40

4 dekabr 2023-cü il tarixdə saat 19.00-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləti İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsi çərçivəsində Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrı Pərvin Ünalpın "Gecikənlər" ("Gec kalanlar") tamaşasını Bakı tamaşaçılarına təqdim edəcək.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Nofəl Vəliyevdir. Tamaşa Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrının 40 illik yubileyi münasibəti ilə göstəriləcək. Tamaşadan sonra mükafatlandırma mərasimi olacaq.
Tədbirlə əlaqədar 5 dekabr 2023-cü il tarixdə saat 14.00-da Azərbaycan Teatr Xadimləri İttifaqında mətbuat konfransı keçiriləcək. Sizi konfransa dəvət edir və ölkəmizin mədəni həyatında canlanma yaradacaq tədbirin işıqlandırılmasında hər birinizə uğurlar arzulayırıq. Ünvan: Bakı şəhəri, Xaqani küçəsi,16, Aktyor evi, III mərtəbə, Konfrans zalı.
Digər Xəbərlər

Onlara Prezidentin mükafatı veriləcək

Prezidentdən Arif Babayevlə bağlı SƏRƏNCAM

"Mən rəssama dedim ki, bu xalça mənə doğma gəlir. Görəsən niyə?" - Leyla Turan yazır
