24 May 2025 20:50
97
MƏMLƏKƏT

 Qatarlar arasında interval azalıb

Bakı metrosunda son illər  qatarlarda həddindən artıq sıxlıq  yaranıb.

Xüsusilə də  yeni dərs ili başlayanda bu sıxlıq daha da artır. Bu  isə sərnişinlərin narahatçılığına və narazılığına səbəb olur. Ona görə də məlum qurum mövcud nöqsanları aradan qaldırmaq üçün profilaktik tədbirlər həyata keçirir. Artıq bir neçə gündür ki, səhər saatlarında Dərnəgül istiqamətində hərəkət edən qatarlarda İntervalı azalıb.

Yeni qatarlar stansiyaya bir dəqiqədən də tez çatır. Təbii ki, bu da, qatarlarda sərnişin sıxlığını  aradan qaldırır. Amma " İçərişəhər" istiqamətində hərəkət qatarlarda bir o qədər də sıxlıq olmur. Deməli, Bakı Metropoliteni istəsə, sərnişin sıxlığını tamamilə aradan qaldıra bilər. Sadəcə olaraq işə ürəkdən yanaşmaq lazımdır!

Emil Faiqoğlu