Rusiya-Ukrayna müharibəsi bu tarixədək davam edəcək – Hərbi ekspert
Ukrayna prezidenti Volodimir Zelenski Avropa Parlamentinin sədri Roberta Metsola ilə Kiyevdə keçirdiyi birifinq zamanı ölkəsinin müharibəyə hər il 120 milyard dollar xərclədiyini deyib. O, bildirib ki, ölkə büdcəsi bunun yalnız yarısını qarşılaya bilir. V.Zelenski müharibəni bitirəcəklərinə də ümid etdiyini bildirib.
Məsələylə bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, müharibənin başa çatması üçün iki əsas faktor mövcuddur:
“Bunlardan biri tərəflərdən hər hansı birinin məğlubiyyətini qəbul edərək kapitulyasiya aktını imzalaması, digəri isə işğalçı tərəfin beynəlxalq təzyiqlərə tab gətirməyərək müharibəni başa çatdırması ilə bağlı verilən təkliflərin qəbul edilməsindən ibarətdir”.
Hərbi ekspertin sözlərinə görə, real vəziyyətdə Ukraynanın hərbi əməliyyatları birtərəfli qaydada başa çatdırması absurd məsələdir:
“Digər tərəfdən isə Rusiya ərazidə hərbi təşəbbüsə malik olduğu vəziyyətdə Ukraynanın təkliflərinə müsbət cavab verərək müharibəni dayandıracağı da real görünmür”.
Ə.Verdiyev deyib ki, yaxın prespektivdə ən azından gələn ilin yay ayına qədər müharibənin başa çatması gözlənilmir:
“Çünki müharibənin başa çatması üçün ilkin amillərdən biri də heç olmasa atəşkəsin elan olunmasıdır ki, buna da Ukrayna tərəfi üç ildən artıq bir müddətdə bir dəfə də olsun nail ola bilməyib. Qısa müddətli humanitar atəşkəs isə döyüş əməliyyatlarının dayandırılması ilə nəticələnməyib. Buna görə də Zelenskinin bu bəyanatı hələlik ərazidə baş verənləri özündə əks etdirmir. Əksinə, bu bəyanat real əməliyyatlar teatrında davam edən müharibə ssenarisi ilə tamamilə əks-mütənasibdir. Əgər Zelenski müharibəni dayandıracağına əmindirsə, niyə görə yaxın iki gün ərzində 18 yaşayış məntəqəsindən mülki əhalisini evakuasiya edir. Yəni bizim üçün nə qədər ağrılı olsa da Ukrayna əməliyyatlar zonasında ciddi bir nailiyyətlər əldə etməyib, əksinə, itirdiyi ərazilərin miqyası əldə etdiyi ərazilərindən miqyasından bir neçə dəfə böyükdür. Belə olan halda Rusiyanın atəşkəsə razı olması qətiyyən real görünmür”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Fevral 2026 11:13
Eks prezident və xanımı Konqressə izahat verəcəklər
03 Fevral 2026 10:37
SEPAH-dan Vaşinqtona mesaj
03 Fevral 2026 10:01
"Azərbaycanla müharibə səhifəsi bağlanıb" - Simonyan
03 Fevral 2026 09:45
İran hökuməti növbəti etirazlardan qorxur - KİV
02 Fevral 2026 21:00
Ərdoğan: Türkiyə regionda sülh və sabitlik üçün çalışır
02 Fevral 2026 20:44
ABŞ və İsrailin Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə birgə təlimlər keçirib
02 Fevral 2026 20:30
NATO-nun Baş katibi sabah Ukraynanın Ali Radasında çıxış edəcək
02 Fevral 2026 20:00


Bakı -°C

