30 Sentyabr 2025 12:09
96
ƏDƏBİYYAT

“Təbiət qanunlarını öz varlığında rədd edənlər dövrümüzün dəb qurbanlarıdır”

“İnsanları həmişə eyni səbəblərdən dəblər öldürüb. Bəzi dəblər mənəvi cəhətdən öldürürsə, bəziləri fiziki cəhətdən öldürür. Bir vaxtlar insanlar dəb xatirinə üzlərinə çəkdikləri qurğuşun tərkibli makiajlarla, purdalı pariklərlə, məftil ətəkli libaslarla, şax yaxalıqlı köynəklərlə və s. bu kimi kütləvi axmaqlıqlarla özlərini vaxtsız əcələ təslim edirdilər”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O bildirib ki, günümüzdə də insanları istər mənəvi, istər fiziki ölümə təslim edən bu cür saysız-hesabsız kütləvi dəblər var:

“Əyləncə sektorunu təmsil edən "xoşbəxt insan" görünüşü almaq üçün qabırğalarını çıxartdıranlar, dərisinə diri-diri "saman" doldurtduranlar, yunan heykəlinə oxşamaq üçün kimyəvi qarışıqlar yeyib dəmir-dümür qaldıranlar, bir sözlə, təbiət qanunlarını öz varlığında rədd edənlər dövrümüzün dəb qurbanlarıdır. Dünyada heç vaxt insanlar bu qədər zahirən bir-birilərinə oxşamayıblar. Zahirən özünü əyləncə sektorunun xoşbəxt təmsilçisinə bənzədə bilərsən, bəs daxilini, şüuraltını nə edəcəksən? Yəni günümüzün gözlənilməz ölümlərinin sadə bir səbəbi var: dəb xatirinə özündən başqasını yaratmaq canfəşanlığı. Əzrayılı, bəlkə də, uje işdən çıxarıb müəllim”.

Vasif ƏLİHÜSEYN