01 Oktyabr 2025 11:29
80
DÜNYA

Tramp yenə Rusiyanı "kağız pələng" adlandırdı

ABŞ prezidenti Donald Tramp, ötən həftə  Ukraynanın Avropa İttifaqının köməyi ilə "işğal olunmuş ərazilərini qaytara bilər"  bəyənatında Rusiyanı "kağız pələngə" bənzətmişdi. Daha sonra isə, Tramp Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla Nyu-Yorkda keçirilən görüşdə, bir daha bu cür terminlərdən istifadə etməyəcəyini bəyan etmişdi.

 Lakin Donald Tramp, dünən yüksəkçinli hərbiçilərlə görüşü zamanı bəyan edib ki, Putinin hərəkətləri onu  məyus edib. 

  "Mən ona dedim ki, siz yaxşı görünmürsünüz. Siz bir həftəyə qurtara biləcəyiniz müharibədə artıq dörd ildi döyüşürsünüz. Siz "kağız pələngsiniz"-deyə ABŞ prezidenti həmin termindən istifadə edib.

 Rusiyanın  xarici işlər naziri Sergey Lavrov Trampın Rusiya qarşı işlətdiyi "kağız pələng" terminini "xalq diplomatiyası" kimi qiymətləndirib.

 Rüstəm Hacıyev