07 Oktyabr 2025 09:49
73
DÜNYA

Makron Lekornaya daha bir şans verir...

 Fransa prezidentinin yaxın ətrafı, artlq Makronu "axsaq ördəyə" bənzətməyə başlayıblar

 Fransanın baş naziri Sebastyan Lekorno istefa verdikdən sonra, prezident Emmanuel Makron, ona yeni hökuməti  formalaşdırmaq üçün son şans verib.  Lekorno "X" sosial şəbəkəsində, ölkədə stabilliyin saxlanılması üçün Makronun ona belə bir şans verməsini etiraf edib.

 "Çərşənbə günü axşam ölkə başçısına bunun mümkün ola biləcəyi ilə bağlı məlumat verəcəm ki, o da lazımı qərar verə bilsin"- deyə istefa verən baş nazir yazıb.

 Fransanın BFMTV telekanalı, Makrinun yaxın ətrafındakı mənbələrinə əsasın bildirir ki, Lekornun sonuncu cəhdi də, uğursuz alınarsa, Fransa prezidenti bütün məsuliyyəti öz üzərinə götürəcək. 

Ölkədə baş verən hökumət böhranının günahını Makronda görən yaxın ətrafı, artıq onu "axsaq ördək" adlandırır və onun sonunun yaxınlaşdığını düşünürlər.

 "Bu mərkəzçi,  öz siyasətini parçalanmış parlamentdə praktiki olaraq keçirə bilməyən zəiləmiş lider, 2027-ci  ildə baçs çatacaq prezidentlik müddətini bir təhər bsça vurmaq istəyən "axsaq ördəkdir". 

 Beləliklə, Avropa lideri olmaq arzusu ilə yaşayan, daha doğrusu beynəlxalq siyasətdə hər məsələyə müdaxilə etmək istəyən Fransa prazidenti Emmanuel Makron, ölkədaxili siyasəti boş buraxıb. Bu da nəticəsi. Fransa parlamenti açıq-aşkar onun sitasətinə qarşı çıxır.

 Görək, Levorno bu gün axşama "son şansını" həyata keçirə biləcəkmi?

 Rüstəm Hacıyev

 "Vesti. ru" saytının materiallarından istifadə olunub