“İnkişaf formalaşan rəqabətli mühitdə yenilik yaratmaqla mümkündür”
“Nobel mükafatı və rəqabətli mühitdə formalaşan “yaradıcı dağıntı” Bu il İqtisadiyyat üzrə Nobel mükafatını innovasiyaya əsaslanan iqtisadi artım və yaradıcı dağıntı nəzəriyyəsini elmi şəkildə izah etdiklərinə görə Joel Mokyr, Philippe Aghion və Peter Howitt qazandı”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, onların nəzəriyyəsi təsdiq edir ki, iqtisadi inkişafın əsasında innovativ düşüncə, rəqabət və azad sahibkarlığın yaratdığı yaradıcı dağıntı dayanır:
“Yeni ideyalar köhnə sistemləri sıradan çıxarır, sahibkarlıq bu boşluğu daha səmərəli modellərlə doldurur, rəqabət isə bu prosesi davamlı və dayanıqlı edir. Doğrusu, bu istiqamətləri son bir il ərzində dəfələrlə statuslarımda vurğulamışam. Çünki, rəqabət şəraitində sahibkar fəallığı və innovativ yanaşmalar inkişaf etməkdə olan ölkələr üçün davamlı iqtisadi yüksəlişin ən etibarlı yoludur. Bu gün artıq Nobel Komitəsinin də təsdiqlədiyi qlobal elmi həqiqət budur ki, inkişaf köhnəni qorumaqla deyil, azad sahibkarlığın iştirakı ilə formalaşan rəqabətli mühitdə yenilik yaratmaqla mümkündür”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Dekabr 2025 12:03
Tramp dünyaya necə "nümunə" olur?
03 Dekabr 2025 11:58
“Heç bir halda qızılın ilin əvvəlidəki qiymətinə qədər enəcəyini gözləmirəm...”
03 Dekabr 2025 11:50
Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI
03 Dekabr 2025 11:17


Bakı -°C

