“Cib xərcliyini bölməyi yığımı vərdişə çevirməyi öyrənmək lazımdır...”
“Pul insana gözlədiyi rahatlığı vermək üçün hər yaşda ondan fərqli davranış istəyir. Məsələn, 20 yaşadək olan dövr öyrənmə və vərdiş dövrüdür.Bu illərdə pulun həcmi kiçik olur, amma təsiri böyükdür. Əsas məsələ qazanmaqdan çox münasibət qurmaqdır. Cib xərcliyini bölməyi və az da olsa yığımı vərdişə çevirməyi öyrənmək lazımdır”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“20-30 yaş pul münasibətlərini və maliyyə intizamı öyrənmə dövrüdür. Bu gəlirin artmağa başladığı mərhələdir. Gəlirin bir hissəsi mütləq gələcəyə, bacarıqlara və sağlamlığa yatırılmalıdır. Xərclər sadə, həyat tərzi çevik olmalıdır. Bu illərdə yığılmayan pul sonrakı onilliklərin azadlığını daraldır.
30-40 yaş məsuliyyət və balans dövrüdür. Ailə, övlad, karyera xərcləri çoxalır. Optimal yanaşma budur ki, büdcə artıq təsadüflə deyil, tam planla idarə olunmalidir. Borc yalnız gəlir yaradan məqsədə xidmət etməlidir. Maliyyə yastığı məhz bu dövrdə qurulmalıdır.
40-50 yaş qoruma və ağıllı böyümə dövrüdür. Adətən bu sövr gəlirin zirvəyə yaxın olduğu mərhələdir. Bu dövrdə risk iştahı azalmalı, aktivlərin qorunması önə çıxmalıdır. Əlavə gəlirlər emosional xərclərə deyil, sabitlik yaradan alətlərə yönələndə insan daha rahat gələcəyə keçir.
50-60 yaş sadələşmə və ötürmə dövrüdür.Bu yaşda pul həyatın xidmətçisinə çevrilməlidir. Bu vaxt ümumi xərclər azala bilər, amma tibbi və istirahət xərcləri artmalıdır. Optimal yol maliyyə aktivlərini ailəyə, xüsusən gənclərə düzgün vərdişlərlə ötürmək, lazımsız borclardan tam uzaqlaşmaqdır.
60-70 yaş rahatlıq və ehtiyat dövrüdür. Bu mərhələdə pul artıq yarış üçün deyil, keyfiyyətli həyat üçündür. Ona görə də maliyyə qərarları sadə olmalıdır. Ehtiyat fondunu da nisbi toxunulmaz saxlamaq əsas şərtdir.
70 yaş üzərindəki dövr isə ləyaqətli həyat dövrüdür. Gəlir qorunan kapitaldan və pensiyadan ibarət olur. Optimal yanaşma pulun təhlükəsizliyi, miras planı və gündəlik ehtiyacların asan idarəsidir. Pul insanı yormamalı, insan pula görə narahat yaşamamalıdır. Əlqərəz, hər onillikdə pulun rolu dəyişir. Əvvəl vərdiş, sonra intizam, daha sonra balans və qoruma”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Noyabr 2026 13:43
Azərbaycanda bu şəxslərin maaşının artırılması təklif olunur
04 Noyabr 2026 12:46
Gələn ildən bu müavinətlər artırılır - Rəqəmlər
04 Noyabr 2026 11:54
"Rayonların dotasiyadan asılılığı tam olaraq aradan qaldırılıb" - Sahil Babayev
04 Noyabr 2026 11:28
"Nəzərə çarpan birinci məqam neftdən asılılığın azaldılmasıdır" - Nazir
04 Noyabr 2026 11:05
Azərbaycanda əhalinin gəlirləri artacaq
04 Noyabr 2026 10:42
“Şuşa artıq Qafqazın aparıcı yaşayış məntəqələrindən birinə çevrilməkdədir”
03 Noyabr 2026 16:43
Türkiyənin turizm gəlirləri 2026-cı ilin ilk 9 ayında 51,3 milyard dollara çatıb - FOTOLAR
02 Noyabr 2026 19:25


Bakı -°C

