“Əks halda heç bir ölkə hərbçilərini Qəzzaya göndərməyəcək”
“Rəsmi Bakı ABŞ-nin istəyi əsasında Azərbaycan hərbçilərinin Qəzzada sabitlik qüvvələrinin tərkibində iştirakı üçün BMT Təhlükəsizlik Şurasının qərarına ehtiyac olduğunu bildirib. Yəni beynəlxalq qüvvələrin legitimliyi və mandatı olmalıdır. Ancaq fikrimcə, bu da yetərli deyil. İsrail və HƏMAS atəşkəsə riayət etməlidirlər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, əks halda heç bir ölkə, o cümlədən Azərbaycan öz hərbçilərini Qəzzaya göndərməyəcək:
“Sülhməramlı qüvvələr atəşin mərkəzində qalası deyillər. Misal üçün Misirdə ABŞ və 20-dən çox dövlət liderinin iştirakıyla atəşkəslə bağlı razılaşma əldə edildi. Buna baxmayaraq, HƏMAS da atəş açır, İsrail isə bombalayır. Bu atəşkəs deyil. Belə vəziyyətdə Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi mümkün olmayacaq. HƏMAS üzvlərinin tərksilah olunması sülhməramlı qüvvələrin vəzifəsi deyil. Sülhməramlılar yalnız humanitar yükləri müşayiət və inzibati binaların təhlükəsizliyini təmin edə bilərlər. Təəssüf ki, Qəzzadakı durum hələ bu mərhələyə gəlib çıxmayıb”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Oktyabr 2026 00:12
Murakami 74 yaşında öldü
23 Oktyabr 2026 23:44
Tramp "Starlink"lə bağlı Ukraynaya söz verdi
23 Oktyabr 2026 23:29
Məşhur çimərlik neftlə çirklənməyə görə BAĞLANDI - VİDEO
23 Oktyabr 2026 23:24
Türkiyə ordusu husilərlə münaqişəyə qoşulur? - Nazir
23 Oktyabr 2026 21:00
Üçüncü dəfə prezident olmaq istəyir - “Hüququm var”
23 Oktyabr 2026 20:40
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşları deportasiya olundular
23 Oktyabr 2026 19:54
"İstəsək, İranı ələ keçirə bilərik" - Tramp
23 Oktyabr 2026 19:33


Bakı -°C

