"İqtisadiyyatın ağardılması, şəffaflığın artırılması ilə bağlı islahatlar..."
"Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi göstəriciləri ilə bağlı fikirlərini də bölüşüb. Dövlət başçısı ümumi daxili məhsulun çox artmamasının neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsi ilə bağlı olduğunu bildirərək iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsinin qeyri-neft sektoru olduğunu qeyd edib".
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycanda ümumi daxili məhsul 1.3 faiz artasa da, qeyri neft-qaz sektorunda 2,9 faiz artım qeydə alınıb:
"Bu o deməkdir, ki, qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımı 2 dəfə bənd üstələyir. Bu qeyri-neft sektorunun iqtisadi inkişafda əsas drayverə çevrilməsi deməkdir. Həmin dövrdə neft-qaz sektorunda əlavə dəyərin 1,9 faiz azalması qeydə alınıb. Göründüyü kimi, neft sektorundakı azalmaya rəğmən qeyri-neft sektoru hesabına ümumi iqtisadi artım tempi qorunub saxlanılır.
Enerji sektorundakı azalmaya gəldikdə isə, bu daha çox neft hasilatının aşağı düşməsi ilə bağlıdır. Belə ki, sözügedən dövrdə mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6 faiz azalmış, qaz hasilatı isə 2,8 faiz artmışdır. Deməli, enerji balansında da dəyişiklik müşahidə edilməkdədir və qaz hasilatı artım dinamikasını qoruyub saxlayır.
Bütün bunlar ilə yanaşı, iqtisadiyyat şaxləndirilməsi ilə bağlı islahatların dərinləşməsi daha da prioritetləşməkdədir. İqtisadiyyatın ağardılması, şəffaflığın artırılması ilə bağlı islahatlar real sektorun inkişafı üçün yeni imkanlar yaradır".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Fevral 2026 15:23
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl göndəriləcək
04 Fevral 2026 10:45
Daha 3 754 şəxsə pensiya təyin edildi
04 Fevral 2026 10:15
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı
04 Fevral 2026 09:45
Qızılın qiyməti 5 100 dolları ötdü
03 Fevral 2026 18:07
ETİHİ statistikanı açıqladı
03 Fevral 2026 15:39
Ermənistan enerji sistemini Azərbaycan və Türkiyə ilə sinxronlaşdırmaq istəyir
03 Fevral 2026 09:05
“Bu yanaşma gələcəkdə digər tərəfdaş ölkələr üçün də...”
02 Fevral 2026 20:13


Bakı -°C

