“Bununla uşaqların həyatı da, psixologiyası da pozulur, onları məhv edirlər”
“Çox təəssüf ki, son vaxtlar uşaqların sosial şəbəkələrdə istismarının sayı sürətlə artır. Bu o deməkdir ki, bizim cəmiyyət artıq bütün dəyərlərə üz çevirib. Hər şeyə gəlir mənbəyi kimi baxırlar və burda uşaqlar da istismar olunur. Yəni hər şey gəlir üzərində götürülüb. Yalnız pul və qazanc”.
Bunu Adalet.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
Sosioloqun sözlərinə görə, başqa ölkələrdə bu cür hallara görə çox ciddi cəza tədbirləri görülür:
“Bizdə də qanunlarda bu qeyd olunub, amma təəssüf ki, kim nə istəyir onu da edir. Sosial şəbəkələrin verdiyi imkanlardan hər cür mənfi məqsədlər üçün istifadə edirlər. Çünki nəzarətsizdir, heç kim maraqlanmır. Ona görə sosial şəbəkələrdə bir sözlə əxlaqsızlıq təbliğ olunur. Buna cəmiyyətin də reaksiyası sərt olmalıdır və dövlətin də tədbirləri ciddi olmalıdır. Cəmiyyətin isə vecinə deyil və əksinə bu adamlara bütün formalarda dəstək verirlər. Onların çox böyük baxış auditoriyası yaranır, pul da qazandırır. Bunları isə cəmiyyət edir”.
Sosioloqun sözlərinə görə, faydalı məlumatlar yayanların süjetlərinə baxış çox azdır, amma bu cür biabırçı və uşaqlardan istifadə olunan videolara böyük baxış və dəstək var:
“Ona görə bunlar məşhurlaşıb. Onlar da bu effekti görəndə istifadə edirlər. Nəticədə biz internetdən ancaq bu cür mənfi məqsədlər üçün istifadə edirik. Təəssüf ki, bizdə bu adiləşib və bir neçə ziyalıdan başqa heç kimi narahat etmir. Bununla uşaqların həyatı da, psixologiyası da pozulur. Onlar şou, alverçi, həyasız psixologiyasında formalaşırlar. İndidən uşaqların bütün psixologiyasını məhv edirlər. Pul, gəlir, qazanc xəstəliyi bizim cəmiyyəti məhv edib. Bunun üçün hər şeyə əl atırlar. Dünyanın heç bir ölkəsində isə belə biabırçılıqlar baş vermir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
29 Dekabr 2025 12:31
Prezident ailəsi ilə birlikdə “Ağ Şəhər”də açılış etdi - FOTOLAR
29 Dekabr 2025 12:18
Sabah rayonlara qar yağacaq, güclü külək əsəcək
29 Dekabr 2025 11:33
Quş qripinə qarşı növbəti epizootoloji monitorinq olacaq
29 Dekabr 2025 10:47
Kəlbəcərdən maraqlı GÖRÜNTÜ - Ana-bala cüyürlər... - FOTO
29 Dekabr 2025 10:35
Bakıda meteor yağışı olacaq
27 Dekabr 2025 13:45
Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün Yeni il şənliyi keçirildi - FOTOLAR
26 Dekabr 2025 20:28
Prezidentin qızları və gəlini şəhid övladları ilə bayram şənliyində - FOTOLAR
26 Dekabr 2025 19:55


Bakı -°C

