“Bu, regionlarda sahibkarlar üçün dayaq nöqtəsinə çevrilib...”
“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Avropa İttifaqının dəstəyi ilə hazırlanan “EU Business Climate Report: Azerbaijan 2024” hesabatında effektivlik baxımından bütün dövlət qurumları arasında birinci sırada qərarlaşdı. Bu, Azərbaycanda KOB sektoruna yönəlmiş və KOBİA tərəfindən icra edilən institusional siyasətin artıq ölçülə bilən real təsir yaratdığını və bunun beynəlxalq səviyyədə tanındığını göstərir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, son illər KOBİA tərəfindən sahibkarlıq mühitinin sadələşdirilməsi, xidmətlərin modernləşməsi və biznes-dövlət əlaqələrinin çevikləşməsi istiqamətində atılan addımlar öz praktiki nəticəsini verir:
“Xüsusilə KOB evləri modelinin Aİ tərəfindən innovativ təşəbbüs kimi tanınması təsadüfi deyil. Bu model sahibkarlara “tək pəncərə” rahatlığı ilə xidmət göstərir, bürokratik yükü azaldır, biznesin gündəlik ehtiyaclarına real cavab vermək üçün yaradılıb. Fikrimcə, hesabatın nəticələrində ən çox diqqət çəkən amillərdən biri KOB Dostları şəbəkəsinin roludur. Çünki paytaxtda və regionlarda real sahədə bizneslə birbaşa təmasda olan, sahibkarın problemini dinləyən, həll yolları axtaran və həqiqətən də “dost” funksiyasını yerinə yetirən məhz bu komandadır. KOB Dostları illərdir bölgələrdə gənc və peşəkar dövlət xidmətinin yeni modelini formalaşdırır. Artıq 6 ildir fəaliyyət göstərən bu KOB dostu şəbəkəsi dövlət xidmətinə ənənəvi yanaşmanı tamamilə dəyişdirərək regionlarda sahibkarlar üçün dayaq nöqtəsinə çevrilib. Bu gün əldə olunan yüksək beynəlxalq qiymətləndirmə də məhz həmin uzunmüddətli əməyin, davamlı fəaliyyətin və sahə ilə canlı iş prinsipinin məntiqi nəticəsidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Sentyabr 2026 10:51
“Bu, qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək”
22 Sentyabr 2026 20:09
"Ölkə iqtisadiyyatının artım templəri çox da böyük deyil" - Prezident
22 Sentyabr 2026 15:55
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26


Bakı -°C

