“Əgər məktəbdə şərait pisdirsə, bunun günahı islahatda deyil”
“Əslində, bu gün müəllimlər arasında gedən müzakirələr bir həqiqəti çılpaq şəkildə ortaya çıxarır: islahatın mahiyyəti deyil, yalnız maaş maraqlandırır. Təəssüf ki, 99 faiz müəllimin yazdıqlarında “şagird”, “keyfiyyət”, “nəticə”, “təhsil” sözləri belə keçmir. Hamının dərdi eynidir: “Maaş nə qədər olacaq?”. Amma eyni müəllimlər bir dəfə də soruşmur ki, “niyə bu ölkədə uşaqların 60 faizi oxuduğunu anlamır?”, “niyə 11-ci sinif buraxılışında on minlərlə uşaq 0–100 bal aralığında ilişib qalır?”, “niyə hər evde bir repititor əzabı yaşanır?”.
Adalet.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
“Hələ sonra kimsə cəsarətlə deyir: “Sən Finlandiyanın maaşını verirsən?” Bağışlayın, amma siz Finlandiyanın nəticəsini verirsinizmi? Finlandiya, Estoniya, Sinqapur səviyyəsində göstəriciniz varmı? Daha sərt desəm: nəticələrimiz bir çox Afrika ölkələrindən aşağıdır. Bunu maaş deyil, sistemli laqeydlik yaradıb. Kənd məktəbləri ilə bağlı arqumentlərə gələk. Bir qisim müəllim yazır: “İstilik yoxdur, kompüter yoxdur, otaq soyuqdur – əlavə iş necə görək?” Bu sözlər doğrudur, amma arqument deyil. Bu, sadəcə illərlə yığılan problemlərin etirafıdır. Bütün bu çatışmazlıqların səbəbi elə əvvəlki sistem idi – “saat yığan” mexanizm regionların ehtiyacını görünməz edirdi”.
Təhsil ekspertinin sözlərinə görə, yeni model isə ilk dəfə imkan verir ki, bu problemlər rəsmi şəkildə ölçülsün və resurs ədalətli bölünsün:
“Əgər məktəbdə şərait pisdirsə, bunun günahı islahatda deyil. Günah köhnə sistemdə, “stavka” rejimində, “görünməz problemlər” siyasətindədir. Və bir həqiqəti deməyin vaxtıdır: Şərait düzəlsin, sonra islahat olaq — bu, məsuliyyətdən qaçmağın ən rahat formasıdır. Məhz şərait düzəlsin deyə islahat lazımdır. Əksinə deyil. Dünya təcrübəsi ortadadır: Finlandiyada, Estoniyada, Sinqapurda müəllim məktəbə bağlıdır, 18–24 saat dərs deyir, qalan vaxtını metodik hazırlıq və şagirdlə fərdi işə sərf edir. Buna görə nəticə yüksəkdir. Bizdə isə müəllimin böyük hissəsi məktəbdə vaxt keçirmək yox, tez evə qaçıb repititorluq etmək istəyir. Valideynlərin pul yükünü, uşaqların əzabını düşünən yoxdur”.
K.Əsədov deyib ki, bu gün təqdim edilən model bunları dəyişir:
“1. Müəllim “saat yığan” yox, məsuliyyət daşıyan mütəxəssisə çevrilir.
2. Əməkhaqqı sabit və yüksək olur.
3. Məktəb real ehtiyacına görə vəsait alır.
4. Şagirdin keyfiyyəti gündəliyin mərkəzinə qayıdır.
5. Müəllim məktəbdə tək qalmaq yox, peşəkarlaşmaq üçün vaxt qazanır. Bütün etirazların kökündə bir həqiqət dayanır: təhsil nəticəsi ilə üzləşmək istəməyənlər var. İslahatı əngəlləmək istəyənlərin əksəriyyəti köhnə sistemin rahatlığını itirməkdən qorxur. Ona görə də açıq deyirəm: Bu islahat müəllimə qarşı deyil. Əksinə, müəllimin nüfuzunu, maaşını, sosial təminatını yüksək səviyyəyə qaldırmaq üçün ən doğru addımdır. Əgər biz dəyişmək istəmiriksə, təhsil də, nəticə də dəyişməyəcək. Maaş artımı da bir müddət sonra heç bir təsir göstərməyəcək. Bu dəfə Nazirlik çox ciddi və cəsarətli bir yola çıxıb. Və bu yolun qarşısını kimin və niyə kəsmək istədiyi artıq çox aydın görünür”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
19 Oktyabr 2026 14:16
Aqil Abbas Füzulidə müəllimlərlə görüşdü
16 Oktyabr 2026 17:24
Azərbaycan Universitetində Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
16 Oktyabr 2026 11:57
Xaricdə təhsil alanların DİQQƏTİNƏ!
15 Oktyabr 2026 16:51
LDU-da strateji hədəflər müzakirə olunub
15 Oktyabr 2026 10:49
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib
15 Oktyabr 2026 10:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyanat
15 Oktyabr 2026 00:27
Təmkini ilə diqqət çəkən direktor bu məktəbə rəhbərlik edir - VİDEO
14 Oktyabr 2026 21:55


Bakı -°C

