adalet.az header logo
  • Bakı -°C
26 Noyabr 2025 10:27
33
DÜNYA
A- A+

“Vurulan dağıdıcı effekti kompensasiya etmək mümkün olmayacaq”

“Müharibə Rusiyaya bugünkü ərazisindən 100 dəfə artıq torpaq qazandırsa belə, ölkənin demoqrafik itkiləri elə miqyas alıb ki, nəticə etibarilə Rusiya yenə uduzacaq. Təsəvvür edin, vəziyyət o həddə çatıb ki, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri  Valentina Matviyenko son çıxışında gənc qadınları yetkinlik yaşına çatar-çatmaz uşaq dünyaya gətirməyə çağırır. Bu fakt əslində böhranın hansı dərəcəyə çatdığını göstərir”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

İqtisadçının sözlərinə görə, problemin mahiyyəti ondadır ki, Rusiyada demoqrafik böhran təkcə aşağı doğum səviyyəsi ilə izah olunmur: 

“Bu böhranı 4 neqativ axın gücləndirir. 

1.Müharibə itkiləri nəticəsində kişilərin (ələxsus da gənc) sürətlə azalması; 

2.Kütləvi beyin axını və xaricə çıxış; 

3.Miqrantlara qarşı sərtləşən siyasət (Halbuki Rusiya əhalisinin artım  dayaqlarından biri onlar idi) 

3.Sosial-iqtisadi qeyri-müəyyənliyin ailə institutunun dağılma sürətini artırması və  paralel boşluğun böyüməsi. Odur ki, rəsmi şəxslərin belə şəraitdə ideoloji çağırışları və siyasi bəyanatlar əhalinin sayını kompensasiya edə bilməz. Çünki, bu qısamüddətli dalğalanma yox, strukturlaşmış uzunmüddətli eniş trendidir. Ən acınacaqlısı isə odur ki, müharibə nə qədər davam etsə, demoqrafik zərbə bir o qədər dərinləşəcək. Amma hətta savaş bu gün Rusiyanın "qələbəsi” ilə bitsə belə, demoqrafik baxımdan geri dönüş nöqtəsi artıq keçilib. Bu gündən sonra doğulacaq hər bir uşağa bu gün veriləndən 5 qat daha yüksək dəstək verilsə belə, bu gün vurulan dağıdıcı effekti kompensasiya etmək mümkün olmayacaq”. 

Vasif ƏLİHÜSEYN