“Ədəbiyyatımızda da qadına hörmət və mərhəmət motivləri geniş yayılıb...”
“Azərbaycan cəmiyyətində ənənəvi kollektivçilik, yəni ailə, qohum və qonşuluq münasibətlərinin sıx bağlılığı mühüm resurs ola bilər. İcma dəstəyi zorakılıq törədən şəxsin sosial nəzarət altında saxlanmasına, həm də reabilitasiya prosesinə məsuliyyətlə yanaşmasına şərait yaradır”.
Bunu Adalet.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
O, bildirib ki, İslam ənənəsi zorakılığı rədd edən, ailədə hörmət və mərhəməti təşviq edən normaları ilə müsbət təsir göstərə bilər:
“Dini liderlərin və ruhanilərin zorakılığa qarşı mövqeyi maarifləndirmə kampaniyalarında və reabilitasiya proqramlarında mühüm rol oynaya bilər. Azərbaycan cəmiyyətində ailə münasibətlərində hörmət və “ailəni qorumaq” ideyası güclü sosial norma olaraq qalır. Bu, zorakılıq törədən şəxsin davranış dəyişikliyi üçün motivə çevrilə bilər. “Zorakılıq ailəni dağıdır, hörməti azaldır” mesajı təsirli olur”.
Ekspertin sözlərinə görə, qonaqpərvərlik Azərbaycan kimliyinin əsas simvolik elementlərindən biridir:
“Bu dəyər qarşı tərəfə hörmət, münasibətdə nəzakət və özünə nəzarət davranışlarını gücləndirmək üçün proqramlara daxil edilə bilər. Böyüyün sözünə qulaq asmaq və ictimai rəydən çəkinmək mədəni kodları kişilərin reabilitasiyasında güclü təsir aləti ola bilər. Çünki ictimai qınaq zorakılıq davranışlarının dəyişməsinə təkan verən sosial nəzarət mexanizmidir. Azərbaycan ədəbiyyatında və tarixində qadına hörmət, zəifin müdafiəsi və mərhəmət motivləri geniş yayılıb. Bu obrazlar zorakılığa qarşı alternativ kişi modeli kimi təqdim edilə bilər. Ənənəvi olaraq kənd və icma səviyyəsində ağsaqqal məsləhəti və ya ailə böyüklərinin vasitəçiliyi mühüm sosial institut kimi mövcud olmuşdur. Bu element müasir reabilitasiya proqramlarında icma moderatorları vasitəsilə adaptasiya oluna bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Oktyabr 2026 17:12
İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi
24 Oktyabr 2026 17:10
XII BEYNƏLXALQ BAKI KİTAB SƏRGİSİ — DÜNYANI BİRLƏŞDİRƏN SÖZ, ƏDƏBİYYAT VƏ MƏNƏVİ DƏYƏRLƏR
24 Oktyabr 2026 17:06
Ayaz Arabaçının ŞEİRLƏRİ
23 Oktyabr 2026 20:22
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23 Oktyabr 2026 16:11
“Bu gün islam dünyasında baş verənlərin bir adı var: Cəhalətin Renessansı!”
22 Oktyabr 2026 12:57
Özü taleyindən gözəl sənətkar - Əntiqə Kərimzadə yazır…
21 Oktyabr 2026 18:24
Havalı Alı - Rüstəm Dastanoğlunun yeni hekayəsi
21 Oktyabr 2026 13:39


Bakı -°C

