“Dörd məhbusun Ermənistana verilməsində problem yoxdur”
“Azərbaycanın Ermənistana dörd məhbusu təhvil verməsi ikitərəfli əlaqələrin inkişafı və sülh istiqamətində etimadın möhkəmləndirilməsidir. Həmçinin Ermənistanda seçkilər yaxınlaşır. Məhz N.Paşinyanın qalib gəlməsi "Yekun sülh" müqaviləsinin bağlanması deməkdir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, dörd məhbusun təhvil verilməsi ilə Paşinyan seçkilərdə mövqeyini gücləndirilməsi istiqamətində istifadə edəcək:
“Azərbaycan həbs etdiyi bütün ermənilər cinayətkarlardı. Onları məhz öz ərazilərimizdə həbs etmişik və cinayətləri də sübut olunub. Qeyd edim ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı praktiki addımlar atdıqdan sonra, Azərbaycan dörd ermənini təhvil verdi.Qarabağda separatçı rejimə və onun qanunsuz silahlı dəstələrinə rəhbərlik etmiş şəxslərin təhvil verilməsi mümkün deyil. Ümumiyyətlə , onları Ermənistan da qəbul etmək istəmir. Onlar, Ermənistana verilərsə, potensial şəkildə N. Paşinyana qarşı müxalifətdə çıxış edəcəklər. Ermənistan da revanşizmin inkişafına səbəb olar”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Oktyabr 2026 20:03
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə iclası keçirildi
27 Oktyabr 2026 17:16
"Azad olunmuş ərazilərdə aparılan bərpa işləri digər ölkələr üçün maraqlı ola bilər"
27 Oktyabr 2026 17:00
Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşdü - YENİLƏNİB + FOTOLAR
27 Oktyabr 2026 16:36
ADY yeni qatarlar alır - Yeni istiqamətlərə sərnişin daşımaları bərpa ediləcək
27 Oktyabr 2026 16:20
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi
27 Oktyabr 2026 16:16
Emin Hüseynov: Xocəvəndin 78,32%-i minalardan hələ də təmizlənməyib
27 Oktyabr 2026 16:09
FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
27 Oktyabr 2026 16:04


Bakı -°C

