“Prezident seçkilərindən keçən müddətdə Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb...”
“Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsindən 2 il ötür. 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkiləri Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə olaraq təşkil edildi”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, bu tarixi seçki 92,12% səslə İlham Əliyevin yenidən prezident seçilməsi və ərazi bütövlüyünün tam bərpası şəraitində keçirilən "Zəfər seçkisi" kimi xarakterizə olunur:
“Sonuncu növbədənkənar Prezident seçkilərindən keçən müddətdə, yəni son 2 ildə Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb. Sonuncu seçkilərdən sonra Azərbaycanda 6 milyard manatlıq yeni dəyər yaranıb. Ötən 2 ildə ÜDM 123 milyard manatdan 129.1 milyard manatadək artıb. Son seçki yeni mərhələnin başlanması kimi xarakterizə olunur. Bu mərhələdə iqtisadi və institusional islahatların dərinləşməsi ilə yanaşı, regional stabilliyin güclənməsi də müşahidə edilir. Artıq işğaldan azad olunan ərazilərimizdə 75 mindən çox vətəndaşımız yaşayır və çalışır. Ötən il avqsutun 8-də Vaşinqtonda imzalanan anlaşama isə region üçün yeni səhifənin açılması demək idi. Regionda yeni dövrün yaradıcısı isə Azərbaycan və onun lideridir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Mart 2026 16:58
"Dünya iqtisadiyyatında qeyri-müəyyənlik o qədər artıb ki..." - İqtisadçı
11 Mart 2026 12:55
22 şəhər və rayonda İpoteka Fondunun xəttilə kredit verilməyib
11 Mart 2026 12:49
"Əsas hədəf süni intellekti dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir" - Nazir müavini
11 Mart 2026 12:41
"Risklərin aradan qaldırılmasına dair 8 standart hazırlanıb" - Nazir müavini
11 Mart 2026 11:28
"Strateji hədəflərdən biri ölkəmizi regionda süni zəka üzrə mühüm mərkəzə çevirməkdir" - Nazir
11 Mart 2026 11:12
“İran hazırda öz neftini sata bilmədiyinə görə...” – Politoloq
11 Mart 2026 10:57
“Xalq Sığorta” şikayətlərə görə “lider” oldu - SİYAHI
11 Mart 2026 09:31


Bakı -°C

