adalet.az header logo
  • Bakı -°C
16 Fevral 2026 17:15
189
MƏDƏNİYYƏT
A- A+

“Baba Vəziroğluyla heç bir problemim yoxdur, qırx ilin dostuyuq...” – Şeyx Əbdül

Xəbər verdiyimiz kimi, bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu gün yenidən müalicə aldığı xəstəxanaya qayıdıb.

Bu haqda Adalet.az-a Şeyx Əbdül özü məlumat verib. O, səhhətinin getdikcə ağırlaşdığını bildirib:

“Səhhətim düzəlmir, bu gün xəstəxanaya qayıdıram. Getdikcə ağırlaşıram”. 

Şeyx Əbdül şair Baba Vəziroğlunun onunla bağlı mətbuata verdiyi açıqlamasına da münasibət bildirib:

“Nə olubsa onların tərəfindən olub. Mənim dostlarımla problemim yoxdur. Sadəcə olaraq kino haqqında fikirləşmişəm. İstəmişəm ki, kino cameəsi bir araya gəlsin və birləşsin. Bunlar buna niyə qısqanc yanaşdılar, onu bilmirəm. Mənim Baba Vəziroğluyla heç bir problemim yoxdur, qırx ilin dostuyuq, ailəvi, can-ciyər olmuşuq. O, mənə dəyməyə əvvəl bir dost,  sonra isə ittifaqın katibi kimi gəlməli idi. O, ittifaqın bünövrəsini mən qoymuşam. Həmişə şəxsi ədavət üçün yox, kino cameəsinin birləşməsi üçün çalışmışam”. 

Şeyx Əbdül Xalq artisti Şəfiqə Məmmədova ilə bağlı isə bunları deyib:

“Mənə qəribə gələn Şəfiqə xanımla olan məsələdir. Əvvəla Şəfiqə xanımla biz tələbə yoldaşı olmuşuq. İttifaqda ona hücum olunan zaman onu məndən başqa heç kim müdafiə etməyib. O, gün isə Şəfiqə xanıma jurnalistlər deyirlər ki, Şeyx Əbdül xəstəxanadadır. O, da cavabında deyir ki, mən xəstəxanada olanda Şeyx Əbdül mənə dəyməyə gəlməyib. Bunlar hər şeyi şəxsi müstəvidə fikirləşirlər. Şəfiqə xanımın ittifaqın ikinci katibi kimi vəzifə borcu idi ki, məni axtarsın, xəstəxanada baş çəksin. Buna görə ondan incimirəm, Allah işin avand eləsin, xəstələnməsin. Xəstələnsə, ona dəyməyə gələcəm”. 

Qeyd edək ki, şair Baba Vəziroğlu mətbuata açıqlamasında illər əvvəl Şeyx Əbdülün onun ünvanına səsləndirdiyi ittihamlara baxmayaraq ona baş çəkəcəyini bildirib. 

Vasif ƏLİHÜSEYN