“Brüssel İrəvandakı sammit vasitəsilə Ermənistanı Rusiyadan uzaqlaşdırmağı hədəfləyir”
“Kreml və onun əlaltıları Ukrayna Prezidenti Volodimir Zelensknin Azərbaycana səfərini narazılıqla qarşılasalar da, bu məsələni çox da qabartmadılar. Çünki, Kreml Azərbaycanın Rusiyanın nüfuz dairəsində olmadığını, Türkiyənin müttəfiqi olduğunu və Bakının müxtəlif dövlətlərlə sərbəst şəkildə əlaqələr qurması faktını qəbul edib. Eyni sözləri Ermənistan haqqında söyləmək mümkün deyil, hər nə qədər baş nazir Nikol Paşinyan Rusiyanın nüfuz dairəsindən uzaqlaşmağa çalışsa da, onun təmsil etdiyi ölkəni hələ də Moskvanın vassalı kimi dəyərləndirirlər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, ona görə də Kreml və onun mediadakı ruporları Volodimir Zelenskinin Avropa Siyasi Birliyinin sammitində iştirakı məqsədilə Ermənistana səfərini xüsusi etirazla qarşılayıblar:
“Erməni radikallar da Kremllə eyni mövqedən çıxış edərək Ukrayna Prezidentinin İrəvana gəlişini Rusiya-Ermənistan münasibətlərinə mənfi təsirindən danışırlar. Halbuki, Ukrayna Prezidentini İrəvana Nikol Paşinyan dəvət etməyib, bu Avropa Siyasi Birliyinin sammitidir, qonaqları Brüssel müəyyənləşdirib. Kreml və erməni radikallar ümumiyyətlə Avropa sammitinin İrəvanda keçirilməsini də Paşinyanın Rusiyaya xəyanəti kimi qiymətləndiriblər. Halbuki, Avropa Siyasi Birliyinin 2026-cı ildəki sammitinin İrəvanda, növbəti ildəki sammitinin isə Bakıda keçirilməsi qərarı da Brüsselə məxsusdur. Ancaq orası da var ki, Brüssel İrəvandakı sammit vasitəsilə həm Ermənistanı Rusiyadan uzaqlaşdırmaq, həm də iyun ayında parlament seçkisində Paşinyanın qələbə şansını artırmağı hədəfləyib”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Sentyabr 2026 18:55
TRIPP-in inşasına bu tarixdə başlanacaq
04 Sentyabr 2026 18:36
"Kişisən, yoxsa qadın?" - Zaxarovadan Paşinyana cavab
04 Sentyabr 2026 17:56
İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova
04 Sentyabr 2026 17:53
Nepalda daşqın: Ölənlərin sayı artdı
04 Sentyabr 2026 15:57
“Dondurma kralı” 8,5 milyonluq biznesini satıb - Rahib olmaq istəyir
04 Sentyabr 2026 14:31
"Zelenski ilə bir il yarım bunkerdə yaşamışam" - Ukrayna XİN rəhbəri
04 Sentyabr 2026 14:16
Türkiyənin Qara dəniz zirvələri KAÇKAR BY UTMB 2026-ya ev sahibliyi edəcək
04 Sentyabr 2026 13:23


Bakı -°C

