Dənizdən qumu hara daşıyırlar...
Heç kimə sirr deyil ki, ekoloji tarazlığın pozulması bir çox problemlərin yaranmasına səbəb olur! Ən azından təbiətə vurulan zərbə bir müddətdən sonra insanların müxtəlif formalarda özünə qayıdır!
Bax ,dənizdən belə bir mənzərədir. Bir çoxları Bakıda Xəzər dənizin sahilində mövcud olan qum kütləsini ekskavatorların köməyi ilə " Kamaz", " Kiraz" və digər yük maşınlarına yığdıraraq satış məqsədi ilə daşıyırlar. Kimlərsə həmin qumlarsan milyonlarla pul qazanır. Dənizin ekoloji çəhətdən tarazlığı pozulmaqla bir çox problemlər yaranır
. Ayrı - ayrı işbazların dünya vecinə deyil. Bəs , aidiyyəti dövlət qurumları təbiətə , dənizə vurulan zərərə niyə göz. yumurlar! Bax , əsas qəliz məsələ də elə budur.Bakinin Novxanı, Mərdəkan , Pirşağı, Şüvələn və digər çimərliklərinin yaxınlığından hər gün onlarla yük maşını qum daşınır. Heç şübhəsiz ki, bu qumdan tikinti materialları kimi istifadə olunur.
Axı onsuz da Xəzər dənizi günbəgün quruyur və son illər daha çox dənizdə quruma halları yaranır. İnsanların gözü qarşısında Xəzər su azlıgından " can verir", bir yandan da bəzi adamlar dənizdəki qumu daşıyaraq onu yaman günə qoyurlar. Belə getsə, bir müddətdən sonra dənizdə qum qalmayacaq və o, öz gözəlliyin itirəcəkdir! Bu proses nə vaxta kimə davam edəcək? Onu deyə bilmərik. Bunu ən yaxşı halda aidiyyəti qurumlar söyləyə bilər! Onlarsa hələ ki, mövcud vəziyyətə göz yumur və susurlar???
Emil FAİQOĞLU
Digər Xəbərlər
09 Noyabr 2026 10:58
Almaniyada 800 illik qala 1 avroya satışa çıxarıldı
06 Noyabr 2026 09:33
Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
05 Noyabr 2026 13:40
Dreamland Baku beynəlxalq AIREX 2026 sərgisində iştirak edir - FOTOLAR
05 Noyabr 2026 07:38
Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
04 Noyabr 2026 10:50
“Çox vaxt insanları anlamaq üçün deyil...”
04 Noyabr 2026 07:28
Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
03 Noyabr 2026 13:20
Nəsli kəsilmiş Turan pələngi təbiətə qayıdır - VİDEO
03 Noyabr 2026 07:24


Bakı -°C

