“İnancın batil olmaması mümkün deyil...”
“Öz inancında psixoloji sakitlik tapan sıravi insanlar neandertalların zamanında da olub, indi də var, gələcəkdə də olacaq. Ancaq hansısa ixtisasa yiyələnib özünü oxumuş, savadlı zənn edən, eyni zamanda inancına hörmət olunması uğrunda saçını-başını yolan həkimlərə, müəllimlərə, professorlara, yazarlara və s. universitet diplomuyla silahlanmış şəxslərə bunu bağışlamaq günah olar”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
Onun sözlərinə görə, Kəldanilərin başı işə-gücə qarışanda yeniyetmə İbrahim peyğəmbər məbədə girib öz xalqının min illik inancını təmsil edən bütlərini qırdı, xalq xəbər tutanda onları cahilliklə suçladı:
“Yeniyetmə İsa peyğəmbər musəvilərin qurban mərasiminə baxanda öz xalqının inancından ürəyi bulandı və qurbanlıq quzusunu qoltuğuna vurub məbəddən qaçdı. Min illik musəvi inancının düşməninə çevrildi. Məhəmməd peyğəmbər həmçinin. Kəbəyə girib öz xalqının min illik inancının bütlərini vurub-dağıtdı. Bu gün öz inancına hörmət tələb edən hər üç dinin mənsubları özlərindən əvvəlkilərin inancına hörmətsizlik edən bir peyğəmbərin davamçılardır. Deyə bilərsiniz ki, onlar batil inanclar idi, bütpərəstlik idi və s. İnancın batil olmaması mümkün deyil, çünki heç bir inancın sübutu, dəlili yoxdur. Ona görə inanc özünü bəri başdan ağlın mühakiməsindən azad edir, "məni qəlbinlə qəbul et" deyir. Çünki ağıl sübut tələb edir. Bizim inancını ixtisasından üstün tutan həkimlər, müəllimlər, professorlar, yazarlar və s. diplomlu neandertallar öz inanclarının yaranma tarixinə baxsınlar. Əgər peyğəmbərlər özlərindən əvvəlkilərin min illik inanclarına hörmətlə yanaşsaydılar, bu gün onlar bütpərəst olmayacaqdılarmı?”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

