“Ukraynanın əsas məqsədi Rusiyanı sülh danışıqlarına məcbur etməkdir...”
“Hal-hazırda Rusiya-Ukrayna müharibəsi özünün yeni mərhələsinə qədəm qoyur və bunun da əsas özəlliyi ondan ibarətdir ki, artıq Ukrayna uzaqmənzilli raketlərlə və özünün yaratdığı smart dronlarla Rusiyanın yanacaq energetika infrastrukturlarını vurur sıradan çıxarır. Bu isə Rusiyada böyük yanacaq qıtlığına gətirib çıxarır”.
Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli deyib.
Onun sözlərinə görə, Rusiyada vəziyyət həqiqətən də mürəkkəbdir:
“Baxmayaraq ki, Vladimir Putin Rusiya televiziyasına verdiyi müsahibədə kritikdi, mürəkkəbdi və yaxud da böhran var kimi ifadələr işlətmədi, sadəcə olaraq bunu yaranmış vəziyyət adlandırır. Amma hansısa sözü işlətmək heç nəyi dəyişmir. Rusiyada məsələlər həddən artıq mürəkkəbliyə doğru gedir. Ukraynanın isə əsas məqsədi Rusiyanı sülh danışıqlarına məcbur etməkdir. Yəni müharibə vaxtı bu cür addımların atılması üstün olan tərəf öz şərtlərini qarşı tərəfə qəbul elətdirməsi üçün hərbi təzyiqdən istifadə edir və danışıqlar masasına gətirir. Ukrayna indi onun vəziyyətindədir”.
O, deyib ki, Rusiya indi praqmatik siyasət yeritmək əvəzinə məhz Putin iddialarını təmin etməyə çalışır:
“Ona görə də Rusiya ordusu Kiyevin mülki obyektlərini, yaşayış binalarını, mehmanxanalarını vurub. Müharibənin tarixində bu dərəcədə binalara, poçt məntəqələrinə və hətta zooparka belə bu səviyyədə total hücum olmamışdı. Ona görə də indi Ukraynada matəm günü elan olunub, Zelenski bəyan edib ki, Rusiya göstərdiyi bu vəhşiliyin cavabını alacaq. Yəni son hadisələr onu göstərir ki, Zelenski sözü havaya demir və hesab edirəm ki, sabah, birisi gün Ukraynanın ciddi cavab zərbələri olacaq”.
Q.Məhərrəmli bildirib ki, indi çoxları ehtiyatlanır ki, Ukrayna hücumları artırdıqca Putin nücə silahına əl ata bilər, amma mən bunu bu şəkildə görmürəm:
“Çünki Rusiyanın öhdəlikləri var və bu öhdəliklərə əməl etməlidir. Nüvə silahından istifadə fövqəladə və son dərəcədə axırıncı yanaşmadır. Mənə elə gəlir ki, bundan sonra Ukraynanın qalxan döyüş dinamikası prosesi davam edəcək, Rusiyanın daha böyük obyektlərinə zərbə vuracaq, daha bir neçə şəhər Ukrayna dronlarının hədəfinə çevriləcək. Bundan isə mahiyyətcə əhali, din sakinlər, orda yaşayan ruslar, müxtəlif millətlərin nümayəndələri və o cümlədən də bizim soydaşlarımız ziyan çəkir. Hesab edirəm ki, biz soydaşlarımızla da ciddi şəkildə işləməliyik, ordakı diasporaların fəaliyyətini gücləndirməliyik. Soydaşlarımızın təhlükəsizliyini qorumaq üçün rasional addımlar atmağa ehtiyac var. Əlbəttə ki, Rusiya daxilində”.
Vasif
Digər Xəbərlər
03 Iyul 2026 13:51
“Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni mərhələyə qədəm qoyur” - DEPUTAT
03 Iyul 2026 13:33
Hikmət Hacıyev Ceffri Saks ilə görüşüb
03 Iyul 2026 13:28
Milli Məclisin növbəti iclasının gündəliyi
03 Iyul 2026 12:53


Bakı -°C

