Ramin Məmmədov: İşğal dövründə viran qoyulan torpaqlar indi...
30 il ərzində dağıdılmış, viran qoyulmuş torpaqlar artıq təhsil, mədəniyyət və iqtisadi rifah mərkəzlərinə çevrilir.
Adalet.az xəbər verir ki, bunu Zəfərin 5 illiyinə həsr edilmiş "Mənəvi Dəyərlər" həftəsi çərçivəsində Qarabağ Universitetində təşkil olunan tədbirdəki çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin sosial-iqtisadi və siyasi əhəmiyyəti ilə yanaşı, həm də mənəvi məzmun kəsb etdiyini vurğulayıb:
"Qarabağ Universitetinin yaradılması tarixin yeni bir dövrünün işarəsidir. Azərbaycan xalqı 30 il ərzində dağıdılmış, viran qoyulmuş torpaqları artıq təhsil, mədəniyyət və iqtisadi rifah mərkəzinə çevirir. Qəhrəmanlarımızın uğrunda canlarından keçdiyi dəyərlər hazırda təhsil ocaqları və mədəniyyət nümunələrinin yaradılması ilə əbədiləşir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tabeli qurumlarının əsas məqsədi milli həmrəyliyi, dini dözümlülüyü və mənəvi dəyərləri qorumaq, inkişaf etdirmək, gənclərin düşüncəsində bu dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir".
Digər Xəbərlər
08 Noyabr 2025 18:12
Ərdoğan hərbi paraddan fotolar paylaşdı
08 Noyabr 2025 17:21
Liderlər birgə nahar etdilər - FOTO
08 Noyabr 2025 16:35
Bakıda hərbi parad başa çatdı - YENİLƏNİB + FOTOLAR
08 Noyabr 2025 15:14
Bakıda hərbi paradda aviasiyanın uçuşları - VİDEO
08 Noyabr 2025 15:08
"Vikinq" hava hədəflərinə qarşı mobil döyüş kompleksi nümayiş etdirildi - VİDEO
08 Noyabr 2025 15:01
Ordumuzun yeni "Vaşaq" və "Kobra-2" texnikaları hərbi paradda nümayiş etdirildi
08 Noyabr 2025 14:43
Pakistan hərbçiləri Bakıda paradda
08 Noyabr 2025 14:43


Bakı -°C

