25 Iyul 2024 12:56
295
İDMAN

"Real" klubu fransalı futbolçusu ilə yeni müqavilə bağlayıb

İspaniyanın "Real" klubu fransalı futbolçusu Ferlan Mendi ilə yeni müqavilə bağlayıb.

Adalet.az  "Marca"ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilə qədər uzadılıb.

Onun Madrid təmsilçisi ilə əvvəlki müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulmuşdu.

Qeyd edək ki, F.Mendi 2023/2024 mövsümündə "Real" klubunun heyətində meydana çıxdığı 37 oyunda 1 qol vurub.