26 Iyul 2024 14:58
178
İDMAN

"Real Madrid" - "Atlanta" matçını bu hakim idarə edəcək

İspaniyanın "Real Madrid" və İtaliyanın "Atalanta" komandaları arasında keçiriləcək UEFA Superkuboku matçını idarə edəcək hakim açıqlanıb.

Adalet.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma isveçrəli Sandro Şörerə həvalə edilib.

Qeyd edək ki, avqustun 14-də Polşanın Varşava şəhərində baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.