"Real"ın futbolçusu 12 oyunluq cəzalana bilər
İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellinqem 12 oyunluq cəzalana bilər.
Adalet.az "Marca"ya istinadən xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin La Liqanın XXIV turunda "Osasuna" ilə matçda baş hakimi təhqir etməsidir.
İngiltərəli oyunçu 39-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
La Liqa qaydalarına əsasən, baş hakimi, onun köməkçisini, dördüncü referini, səlahiyyətli şəxsləri təhqir edən futbolçu 4 oyundan 12 matça qədər diskvalifikasiya ilə üzləşə bilər.
Görüşdən sonra Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti və Bellinqem hakimə qarşı təhqiramiz ifadələr işlədilmədiyini söyləyiblər.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.
Digər Xəbərlər
09 Sentyabr 2026 09:51
Arda Gülerə möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi
09 Sentyabr 2026 09:31
Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq
09 Sentyabr 2026 06:53
“Real” “İnter”i, “Mançester Siti” “Portu”nu məğlub etdi
08 Sentyabr 2026 14:59


Bakı -°C

