Rəşad Məcid Etibar Hüseynovu SƏRT TƏNQİD ETDİ

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid jurnalist, eks-deputat Etibar Hüseynovu son çıxışlarına görə tənqid edib.
“Etibar Hüseynov Feysbuk dostluğumda yoxdur, nə vaxtsa buna heç arzum, həvəsim də olmayıb. Varlığını da unutmuşdum. Dünən Azər Həsrətlə Eynulla Fətullayevin statusları maraq doğurdu deyə, açıb səhifəsinə göz gəzdirdim. Adam öz şakərindən hələ də əl çəkməyib. Yaddaşlarda söyüş, təhqir, şər-şəbədə ustası kimi qalan bu kəs uzun sürən susqunluqdan sonra indi yenidən fəallaşıb, həm də öz əvvəlki ampluasında. Yazdıqlarından açıq-aşkar kin-küdurət, paxıllıq, xılt yağır.
Bir ara belələrinə geniş meydan verilmişdi; marığa yatmışdılar, sahibləri kimi hədəf göstərsə, o saat onun üstünə hücum çəkirdilər. Deyəsən, indi də burunlarına nəsə iy-qoxu dəyib, suyu bulandırmağa, çirkab atmağa müntəzir dayanıblar.
Amma heç nə unudulmur, heç nə yaddan çıxmır. Onun və onun kimilərin mahiyyətini, xislətini ifşa eləmək, açıb hər kəsə göstərmək lazımdır ki, indiki nəsil də görüb tanısın.”
Emin
Digər Xəbərlər

Emin Ağalarov tənqidlərə cavab verdi: "Bakıda kazino açmağımın səbəbləri bunlardır..."

DİN-dən yenilik - Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər - VİDEO
jpg-1754046435.jpg)
Bəlkə, ermənilər nə vaxtsa "adam" oldu, Zatulin, əsla!- Əntiqə Rəşid yazır

11 il əvvəlki qanlı avqust: 13 hərbiçinin şəhid olduğu döyüş

AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

"Temu"dan Azərbaycan manatı və bayrağına qarşı hörmətsizlik - FOTOLAR
