28 Yanvar 2025 18:31
257
GÜNDƏM

Rəşad Nəbiyev: "Bakı və şəhərətrafı ərazilərdə sərnişindaşımalar 41 milyon artıb"

Bakı və şəhərətrafı ərazilərdə sərnişindaşımaları 41 milyon və yaxud 9 % artıb.

Adalet.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

Nazir qeyd edib ki, avtobusla sərnişindaşıma tezliyinin artırılması, hərəkət sürətinin təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi üçün 112 kilometr uzunluğunda avtobus zolaqları çəkilib: “Yollarda hərəkətin tənzimlənməsi ilə əlaqədar qanunvericilik təşəbbüsünə verdiyiniz dəstək nəticəsində avtobus zolaqları tələbinə əməl edilməsi, qanunsuz parklanmanın azaldılması təmin olunub. Eyni zamanda, gündəlik xəttə çıxan avtobus sayı 1 750-dən 2 160-a qədər artırılıb”.