Rəsmi Moskva: ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz
ATƏT-in Minsk Qrupu (Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə) bütün institutları ilə beynəlxalq danışıqlar formatı kimi bərpa edilə bilməz.
Adalet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinqdə söyləyib.
“Bunun bütün strukturları, hətta ümumiyyətlə, Minsk Konfransı, bu Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsindən danışsaq belə, ləğv edilməlidir”, - deyə o qeyd edib.
O vurğulayıb ki, bu məsələ ilə bağlı qərar qəbul etməyin optimal yolu Bakı və İrəvanın qeyd olunan qurumların ləğvi ilə bağlı birgə təklifidir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, 2022-ci ildə qrupun amerikalı və fransız həmsədrləri sadəcə olaraq orada fəaliyyətini dayandırıblar:
“Ermənistan, Azərbaycan, Avropa İttifaqı və Fransanın iştirakı ilə keçirilən sammitdən sonra Ermənistan da Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Bu, 6 oktyabr 2022-ci ildə Praqada olub. Hər şeyə əlavə olaraq, 2023-cü ilin sentyabrında yer üzündəki vəziyyət kəskin şəkildə dəyişib.
Müvafiq olaraq, Minsk Qrupu həmsədrlərinin Qarabağ nizamlanması üzrə vaxtilə ATƏT-in təsdiq etdiyi və bu çoxdan olan mandatı sadəcə olaraq aktuallığını itirib. Madam ki, bu qrupda iki həmsədr fəaliyyətini dayandırıb, üstəlik bütün yuxarıda qeyd olunan amillər də ortaya çıxıb, o zaman hansı ATƏT-in Minsk Qrupundan danışmaq olar?”.
Digər Xəbərlər
24 Aprel 2026 17:45
Təbrizdə silahlı qarşıdurma: Ölən və yaralanan var
24 Aprel 2026 17:09
"İranın nüvə silahı olmayacaq"
24 Aprel 2026 16:46
Əraqçi danışıqlar üçün Pakistana gedir
24 Aprel 2026 16:17
BMT sülhməramlısı Livanda həlak oldu
24 Aprel 2026 15:25
"ABŞ neft quyularına hücum edərsə..." - İran hədələdi
24 Aprel 2026 14:03
Rusiya yaxın aylarda hücum edə bilər - Tuskdan ÇAĞIRIŞ
24 Aprel 2026 13:38
“Ukrayna hərbi rəhbərliyinin başqa çıxış yolu qalmadığına görə...”
24 Aprel 2026 13:19


Bakı -°C

