24 Iyul 2023 10:59
1935
MEDİA

Rəssam bacıların Milli Mətbuat gününə  HƏDİYYƏSİ

Rəssamlar İttifaqının üzvü, Elnurə və Aygün İsgəndərovalar bir çoxların tanış imzadır.

2021-ci il, 11 İyun Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında layihə rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduğu 15 İyun Qurtuluş Gününə həsr olunmuş Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Məlik Məmmədxanovun "Zəfərin Mübarək, Azərbaycan" adlı fərdi yaradıcılıq sərgisi keçirilərkən həmin tədbirdə Elnurə xanımla söhbətimizdə oldu . O bildirdi ki, günümüzün memarı ulu öndərimiz Heydər Əliyevin və zəfərimizin banisi Ali Baş Komandan İlham Əliyevin həyat fəaliyyətindən və uğurlu siyasətini diqqətdə saxlamamaq, dəyərləndirməmək nankorluq olardı.  Bunun üçün zəfəri özündə əks etdirən sərginin yüksək önəm daşıdığını vurğuladı. Yaddaqalan sərgi olduğunu vurğulayan rəssam xanım onu da qeyd etdi ki, onun layihəsi əssında təşkil olunana sərgidə iştirakçı olan rəssamların bir çoxu YAP Yasamal rayon təşkilatı adından fəxri fərmanlarla təltif olundular.


Azərbaycan Rəssamlar İttifaqının üzvü E.İsgəndərovanın bu günə kimi ölkə xaricində, İsveçrədə sərgisi olub. Amma rəssamın Azərbaycanda təşkil olunan fərdi yaradıcılıq sərgisi onun üçün daha böyük önəm daşıyır. Elnurə xanım bizimlə söhbətində qeyd etdi ki, 2022-ci ilin dekabrında onun “Yolumuz Zəngəzura” adlı ilk fərdi yaradıcılıq sərgisinin keçirilməsi həyatının ən xoş günlərindən biri olub.
Sərgi izləyicilərinin fikrincə, əslən Qərbi Azərbaycandan olan Elnurə xanım Qərbi Azərbaycanın Spitak (Hamamlı) rayonunun Saral kəndinin mənzərələrini sərgilənən əsərlərində canlandırmaqla özünün vətən həsrətini göstərə bilmişdi.


Rəssam Elnurə İsgəndərova xeyirxahlığı ilə də izləyicilərinin qəlbində xüsusi yeri olan el qızıdır. Rəsm həvəskarları üçün bir-birindən maraqlı layihələr reallaşdırır, onların diqqətini incəsənətin bu sahəsinə yönləndirməklə pis vərdişlərdən uzaqlaşdırmağı da qarşısına məqsəd qoyub. Elə bu məqsədə həsr etdiyi layihə və tədbirlər ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilir.


Ötən həftə - 22 İyulda Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirildi. Beynəlxalq Qalereyada layihə rəhbəri və təşkilatçısı Aygün Əzizova və Elnurə İsgəndərova bir qrup rəssamı başına toplayaraq daha bir xeyirxah addıma imza atdılar. Bacılar media nümayəndələrini təbrik etmək üçün qalareyada tədbir hazırlamışdılar. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qonaqları salamladı, Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etdi. "Əkinçi" qəzetinin nəşr olunmasından ötən 148 il ərzində Azərbaycan mətbuatının inkişafından bəhs etdi.


Və bir də çıxışında söylədi ki, il boyu məhsuldar, cəsarətli, vətənpərvər fəaliyyətinə görə bir qrup media nümayəndələrini və rəssamları plaket və diplomlarla təltif etmək arzusudur, vicdan borcudur . Tədbir hər kəsin ürəyincə oldu. Sonda xatirə fotoları çəkildi, şirniyyat və çay süfrəsi arxasında səmimi söhbətlər oldu. Bu da  incəsənətin ən incə nümayəndələrindən bir qrup media üzvlərinə yaddaqalan hədiyyə oldu.

 Əntiqə Rəşid