Rəsulzadənin nadir görüntüləri maraqla qarşılandı - VİDEO
Məhəmməd Əmin Rəsulzadə, Məmməd Həsən Hacınski, Əhməd Pepinov və Azərbaycanın digər görkəmli siyasətçilərinin görüntülərini əks etdirən rənglənmiş tarixi video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Adalet.az xəbər verir ki, görüntülərdə 1918-ci il 20 mart tarixində Trabzon Sülh Konfransında iştirak edən nümayəndə heyətləri əks olunub.
Fırat Gökdemir adlı şəxs tərəfindən rəngələnən videonun bir il əvvəl yutuba yerləşdirilməsinə baxmayaraq, sosial şəbəkələrdə indi yayılmağa başlayır. İstifadəçilər tərəfindən sürətlə yayılan video Rəsulzadənin nadir görüntüləri kimi qiymətləndirilir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusunun bu video çəkilən zaman 34 yaşı olub.
Qeyd edək ki, görüntülərdə Xəlil bəy Xasməmmədov, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Mir Yaqub Mehdiyev, Əkbər ağa Şeyxülislamov, İbrahim bəy Heydərov, Məmməd Həsən Hacınski, Heydər bəy Abaşidze Akaki Çxenkeli, Georgi Qvazava, Rusudan Mikeladze, Georgi Lasxişvili, Aleksandr Xatisyan, Rauf (Orbay) bəy, Tevfik (Sağlam) bəy və başqaları yer alıb.
Xatırladaq ki, Trabzon konfransı və ya Trabzon sülh konfransı — 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilib. Açılış iclası 14 mart 1918-ci ildə baş tutub. Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Hüseyn Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli idi.
Digər Xəbərlər
01 Aprel 2026 17:54
Akademik Əli Abbasov: “Süni intellektin tətbiqi elm və təhsildə keyfiyyətcə yeni mərhələ yaradır”
01 Aprel 2026 15:47
Dövlətçiliyimizin aliliyi təhlükəsizliyin əsas mənbəyidir - ŞƏRH
01 Aprel 2026 15:03
Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır
01 Aprel 2026 13:47
Martda 267 tank əleyhinə mina zərərsizləşdirilib
01 Aprel 2026 13:15
Nazir Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
01 Aprel 2026 12:58
Azad edilmiş ərazilərdə daha 503 mina aşkarlandı
01 Aprel 2026 12:44
Azərbaycandan çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb
01 Aprel 2026 12:35


Bakı -°C

