Rey Kərimoğlu:“Bu 3 səbəb “Zod” təxribatının arxasındakı ölkəni göstərir” - MÜSAHİBƏ
jpg-1683966687.jpg)
Xəbər verdiyimiz kimi, Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Gərginlik hələ də davam edir.
İndi hamını Azərbaycan və Ermənistan dövlətləri arasında diplomatik sahədə yaxınlaşma olduğu bir vaxtda bu hücumun təşkil olmasında maraqlı olan ikinci dövlətin adını bilmək istəyir.
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu mövzu ilə bağlı Adalet.az –a açıqlama verib.
- Məğlub Ermənistan təkbaşına bu təxribatı etməyə qadirdirmi?
- I Qarabağ müharibəsi zamanı bizim ermənilər üzərində qələbə çalmaq imkanımız vardı. Döyüşən oğullar vardı. Amma ermənilərin üstünlük əldə etməsinin səbəbi heç də özlərinin uydurduğu kimi “qüdrətli”, “qəhrəman” olması deyildi. Onların qələbəsini təmin edən bizimlə qarşı-qarşıya döyüşən peşəkar rus ordusu, hətta Rusiya Xüsusi Təyinatlıları idi.
Nəinki, tək “Zod” istiqamətində ermənistan silahlı qüvvələrinin hücumu, eləcə də indiyənə qədər etdikləri bütün hücumlar Rusiya tərəfindən düzənlənib. Azərbaycan nə vaxt döyüş meydanında uğur qazanır, o zaman Rusiya bunun bədəlini bizə ödətdirir. Hesab edirəm, Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurası Prezidenti Şarl Miselin vasitəçiliyi ilə təşkil olunan görüşlərdə əldə olunmuş nəticələ Sülh saziş imzalanmasına şərait yaradır. Bu da Rusiyanın Qarabağ danışıqlarından uzaqlaşdırılması ilə nəticələnə bilər ki, bu da Rusiyanın Qafqaz siyasətinə tamamən ziddir. Xüsusən, aprel ayının sonunda ABŞ Azərbaycanla Ermənistan arasında gedən sülh sazişi üzrə danışıqlar uğurlu alındı. Hətta bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Jake Sullivan proqressiv addım kimi qiymətləndirdi. Əsas səbəb budur!
- Rey bəy, Ermənistanın baş naziri Nikol Paşinyan 9 may qələbə günü Moskvada keçirilən tədbirlərə dəvət almışdı. Düşünürəm ki, nə təlimat aldısa, elə orda aldı.
- Hazırda bütün dünya Putini işğalçı, qatil olaraq tanıyıb və onun hakimiyyətinə , ölkəsinə, onu dəstəkləyən oliqarxlara qarşı sanksiyalar tətbiq etməklə münasibətini ortaya qoyur. Dünyanın gözündə belədir ki, Putinin yanında olanlarda elə Putin qədər günahkardır. Yəqin ki, Belorus və İran dövlət başçılarına dünyanın təpkisini görürsünüz. Amma belə bir kritik dövrdə Paşinyan balans saxlaya bilmədi və Rusiyanın dəvətini qəbul edərək bayram tədbirinə qoşuldu. Azərbaycan isə fərqli və daha ağıllı siyasət yürüdərək Moskvaya getmədi. Bu səbəb də Rusiya göstərişi ilə “Zod” istiqamətində təxribatın olmasını labüdləşdirir. Əlbətdə bunu da səbəblərdən biri kimi qiymətləndirmək olar.
- Rusiyanın “GeoProMininq” ” şirkəti Ermənistan ərazisindəki “Zod” qızıl yatağının əsas istismarçısıdır.Erməni mediası bildirir ki, burada açıq mədən işləri aprelin 15-dən dayandırılıb və mayın 15-dən sonra işinə başlayacaq. Bu da təxribata səbəb olacaq variant sayıla bilərmi?
- Hələ daha çox variantlar da ortaya qoymaq olar. Buna baxmayaraq , elə bu 3 variant təxribatın arxasında Rusiya olduğunu deyir.
- Maraqlı açıqlamalara görə, təşəkkür edirik!
Əntiqə Rəşid
Digər Xəbərlər

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Azər Badamov Rusiyadan deportasiyasından DANIŞDI - 4 saatdan sonra məni...
jpg-1746519948.jpg)
"Zimistan ay Zimistan, mənəm gəlmişəm qardaş, hardasan?" - MÜSAHİBƏ

Ramiz Alıyev: “İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir sıra ölkələr üçün nümunədir”
jpg-1746435535.jpg)
Akif Nağının Laçın təəssüratları: "Bizim zümrüd İsveçrəmiz..."

Əzimə AĞALAR: "Xatirələrə geri dönməyi heç sevmirəm" - MÜSAHİBƏ

İran Prezidenti Azərbaycan televiziyasına müsahibə verdi - VİDEO
