Reyestrdən keçməyən çap media subyektləri 5000 manatadək cərimələnəcək

Milli Məclis Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektlərinin 5 min manatadək cərimələnməsini I oxunuşda qəbul edib.
Adalet.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5 000 manatadək məbləğədək cərimə ediləcək.
Yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və hüquqi şəxs başa düşülür.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Nicat
Digər Xəbərlər

"Ədalət" qəzetinin iki əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu

MEDİA "fərdi jurnalist müsabiqəsi"nin nəticələrini açıqladı

MEDİA: Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb

Daxili işlər naziri adından saxta açıqlama yayılıb

Günay Əfəndiyeva: “İnanıram ki, “Əkinçi”nin maarifçi ruhu, “Molla Nəsrəddin”in cəsarətli sözü...”

Prezident media nümayəndələrini təbrik edib

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
