Media subyektləri bu halda Reyestrdən çıxarılacaq
Media subyektlərinin Media Reyestrindən çıxarılacağı hallar təkmilləşdirilib.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, aşağıdakı hallarda da media subyektləri Media Reyestrindən çıxarılacaq:
- media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən digər media subyektinin informasiyasını və proqramlarını istinad etmədən dərc etdikdə, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə etmək tələbini pozduqda, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər) tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;
- media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi aşkar edildikdə. Qanuna əsasən, xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25 (iyirmi beş) faizədək olan hissəsinə sponsorluq edə bilərlər.
- onlayn media subyektlərinin özlərinin veb-saytlarında qanunda tələb olunan məlumatları göstərmədiyi və ya yanlış göstərdiyi, çap mediası subyektləri çap mediası məhsulunun hər buraxılışında adı, VÖEN-i, məsul redaktorun soyadı, adı və atasının adı, sıra sayı və çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktiki vaxt), poçt indeksi, tirajı, qiyməti, “Sərbəst qiymət” və ya “Pulsuz” qeydləri, çap mediası subyektinin və çap mediası məhsulunun istehsal edildiyi mətbəənin adı, ünvanı və əlaqə vasitələri barədə məlumatları göstərmədiyi aşkarlandıqda;
- media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) təsisçisi (istirakçısı) və ya idarəetmə orqanının rəhbəri ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;
- yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 3 (üç) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törədildikdə;
- informasiya agentliklərinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmadıqda, azı 5 (beş) xarici ölkədə jurnalisti akkreditasiya olunmadıqda, həmçinin, hər ay 20 (iyirmi) gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 (səksən) faizi qanunda nəzərdə tutulan tələblərə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;
- Azərbaycan Respublikasında filial və ya nümayəndəlik yaratmış xarici media subyekti tərəfindən mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər pozulduqda.
Digər Xəbərlər
16 Iyun 2026 10:08
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir
12 Iyun 2026 14:31
Natiq Məmmədli: Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır
10 Iyun 2026 15:22
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib
10 Iyun 2026 15:16
Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi problemlərə səbəb ola bilər
08 Iyun 2026 12:49
"Azərbaycan mediası bu istiqamətdə maarifləndirici fəaliyyət həyata keçirib" - Natiq Məmmədli
05 Iyun 2026 15:11
MEDİA: İsrailin İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi uydurmadır
01 Iyun 2026 17:32
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd edildi
20 May 2026 17:07


Bakı -°C

