Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb
Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılıb.
Bu barədə Adalet.az-a MEDİA-dan məlumat verilib.
"Müəyyən dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiya mühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - məlumatda qeyd olunub.
Digər Xəbərlər
08 Dekabr 2025 15:19
AZƏRTAC-ın müxbiri “Persona-2025” nominasiyasının qalibi olub
08 Dekabr 2025 15:05
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
08 Dekabr 2025 14:40
MEDİA "Fərdi jurnalist müsabiqəsi"nin nəticələrini açıqladı
05 Dekabr 2025 14:45
Azərbaycan-Gürcüstan Media Forumu keçirilib - YENİLƏNİB
05 Dekabr 2025 11:29
Əhməd İsmayılov: Obyektiv informasiya mühitinin yaradılması əhəmiyyət kəsb edir
03 Dekabr 2025 15:41
«AZƏRBAYCAN» QƏZETİNİN 10.000-Cİ NÖMRƏSİ
28 Noyabr 2025 13:21
Media sahəsində tədbirlər planı təsdiqləndi
28 Noyabr 2025 13:16


Bakı -°C

