Rezidentura imtahanında iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi iyunun 21-də Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.
Bu barədə Adalet.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahana buraxılış vərəqəsini buradan çap etmək olar.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
İmtahan binasına namizədin rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və namizədin buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd edilən vaxtda gəlmək tövsiyə olunur.
Digər Xəbərlər
27 Iyul 2026 09:35
Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı
24 Iyul 2026 23:00
Bağlanacağı deyilən Bakı Qızlar Universitetindən AÇIQLAMA
24 Iyul 2026 18:01
29 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
24 Iyul 2026 13:19


Bakı -°C

