Deyirlər, bizim millətdən futbolçu çıxmaz!
Futboldan söhbət düşəndə deyirlər ki, ancaq Avropada, Braziliyada , Argentinada olur... Düz sözə nə deyəsən... Amma bu o demək deyil ki, başqa ölkələrdə futbol yoxdur! Var, ancaq onlar kimi ulduz, dünyaşöhrətli futbolçular təbii ki , yoxdur.Çox vaxt bizim millət barəsində də deyirlər ki, Azərbaycanda futbol olmayıb və yoxdur. Bax bu fikirlə heç razılaşmaq mümkün deyil! Əksinə , ölkəmizdə futbol həmişə olub və bu gün də var!
Hələ sovet dövründə Ələkbər Məmmədov kimi dünyaşöhrətli futbolçumuz var idi! Mən Anatoli Banişevskini demirəm. Təkcə Səmədağa Qurbanovun, İsgəndər Cavadovun, Maşallah Əhmədovun adlarını çəkmək bəs edər. Onlar zamanın ən yaxşı futbolçusu olublar!Görürsünüz ,bizim millət də futbol oynamağı bacarır. Sadəcə olaraq biz Dünya və Avropa Çempionatlarında uğur qazana bilməmişik.
Amma buna baxmayaraq, " Qarabağ" Çempionlar liqasında öz sözünü dedi və bir tarix yazdı. Əgər ölkəmizdə uşaq futbolu inkişaf etsə, çox istedadlı futbolçular üzə çıxar! Xaricdən baha qiymətə gətirilən ligonerlərə bir o qədər də belə bağlamaq olmaz. Onlar bir müddət oynayır, məşhurlaşır, pul qazanır və sonra gözləri ayaqlarının altına görmür, çıxıb gedirlər! Ona görə də, yerli futbolçulara güvənmək və ümid bağlamaq lazımdır! Onları axtarıb tapmaq və böyük futbola gətirmək lazımdir. Bu işləri görmək üçün Qurban Qurbanov kimi təcrübəli və vətənpərvər məşqçilərə ehtiyac var! Kim deyir ki, bizim millət futbol oynaya bilmir,düz demir! Sadəcə olaraq onları axtarıb tapmaq lazımdır.Ən yaxşı futbolçular rayonlarda , kəndlərdədir!!!
Emil FAİQOĞLU


Bakı -°C

